Əsas Səhifə > Azərbaycan > Rusiya Prezidenti Bakının və Azərbaycanın arxiyepiskopunu təltif edib
Rusiya Prezidenti Bakının və Azərbaycanın arxiyepiskopunu təltif edib11-04-2017, 00:53. |
Rusiya Prezidenti Vladimir Putin Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Atanı (İşşeini) “Dostluq” ordeni ilə təltif edib. SİVİL.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, Rusiya Prezidentinin ölkənin rəsmi hüquq informasiyası portalında dərc edilmiş Fərmanında deyilir ki, Moskva Patriarxlığının Bakı və Azərbaycan Yeparxiyasına başçılıq edən Aleksandr Ata rus diasporunun dəstəklənməsi işinə böyük töhfəsinə, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı konfessiyalararası anlaşmanın və əməkdaşlığın möhkəmlənməsi istiqamətində səmərəli fəaliyyətinə görə “Dostluq” ordeni ilə təltif edilib. Geri qayıt |