Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Şvabedən Azərbaycanın bir qrup AŞPA deputatının ölkəyə girişini qadağan etməsinə REAKSİYA

Şvabedən Azərbaycanın bir qrup AŞPA deputatının ölkəyə girişini qadağan etməsinə REAKSİYA


26-08-2024, 14:19.
title}


Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin əleyhinə səs vermiş deputatları "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

Civilazerbaijan.com
bildirir ki, AŞPA-da Almaniya nümayəndə heyətinin sədri Frank Şvabe rəsmi Bakının bu qurumun Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasının lehinə səs verən üzvlərinin ölkəyə girişinin qadağan edilməsi haqqında qərarını tənqid edib.

"Demokratik ölkələrdə səyahət qadağaları yalnız ekstremistlərə və zorakı cinayətkarlara şamil edilir", deyə o, X sosial şəbəkəsində yazıb.

Bir müddət əvvəl Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin əleyhinə səs vermiş deputatları "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

"AŞPA-da nümayəndə heyətimizin mandatı bərpa olunmayanadək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək". Hacızadə Şvabenin "Azadlıq Radiosu"na müsahibəsində Azərbaycanın Avropa Şurasında üzvlükdə maraqlı olmadığı, Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq olmadığı haqqında bəyanatına belə münasibət bildirib. Şvabe həmçinin Azərbaycanın yenə parlament seçkilərinə Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) müşahidəçi kimi dəvət olunmamasına irad bildirib.

Bununla belə, Şvabe COP29-da iştirak üçün Azərbaycana gəlmək niyyətində olduğunu bildirib.

Hacızadə Şvabenin ifadələrini "qərəzli" və "yalan" adlandırıb.

Yanvarın 24-də AŞPA Azərbaycanın Avropa Şurası qarşısında "əsas öhdəliklərini yerinə yetirməməsi", eləcə də prezident seçkilərinə Assambleyadan müşahidəçilər dəvət etməməsi səbəbindən ölkənin nümayəndə heyətinin səlahiyyətlərini 1 il müddətinə təsdiq etməyib.

76 deputat bu qərarın lehinə səs verib, 10-u "əleyhinə" çıxıb, 4-ü isə bitərəf qalıb, Turanın məlumatında qeyd olunur.
Geri qayıt