Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > ABŞ sülh üçün Azərbaycan və Ermənistana “istənilən” dəstəyi verəcəyini bir daha BƏYAN EDİB

ABŞ sülh üçün Azərbaycan və Ermənistana “istənilən” dəstəyi verəcəyini bir daha BƏYAN EDİB


17-09-2024, 12:43.
title}


ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik brifinqdə deyib: “Biz hər iki ölkənin davamlı və şərəfli sülh razılaşması əldə etmək səylərini dəstəkləməyə davam edirik”.

Civilazerbaijan.com
bildirir ki, o, dövlət katibi Entoni Blinkenin Nikol Paşinyan və İlham Əliyevlə bu yaxınlarda apardığı telefon danışıqları, eləcə də Birləşmiş Ştatların gələn həftə BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan arasında növbəti görüş keçirmək niyyətində olub-olmaması ilə bağlı Turanın suallarını belə cavablandırıb.

“Məndə heç bir əlavə məlumat yoxdur... Əlbəttə, biz həmişə Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini bir araya gətirmək üçün imkanlar axtarırıq”, - Miller deyib.

Onun sözlərinə görə, hər iki ölkə sülh sazişinin əldə edilməsi istiqamətində “əhəmiyyətli irəliləyiş əldə edib”:

"Və biz onları hər cür dəstəkləmək niyyətindəyik, o cümlədən görüş təşkil etmək", deyə Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
Geri qayıt