Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet > Fransada siyasi mühacir Vidadi İsgəndərliyə hücum olub
Fransada siyasi mühacir Vidadi İsgəndərliyə hücum olub30-09-2024, 14:11. |
Fransada yaşayan azərbaycanlı siyasi mühacir Vidadi İsgəndərli sentyabrın 29-da naməlum şəxslərin hücumuna məruz qalıb. Civilazerbaijan.com bildirir ki, səhər saat yeddidə maskalı üç naməlum şəxs Myuluz şəhərində onun mənzilinə pəncərədən giriblər. Bu barədə onun yaxınları məlumat verib Hücum edənlərdən biri İsgəndərliyə çoxsaylı bıçaq xəsarəti yetirib, digər ikisi qapıda dayanıb. İsgəndərli özünü müdafiə edərdkən əlindən xeyli zərbə alıb. Lakin başına bir neçə zərbə dəyib. Yaralanmasına baxmayaraq, o, hücum edən şəxsi sıxışdırıb çıxarıb və polis çağırıb. İsgəndərli yerli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hücum edənlər maskalı olublar və danışmayıblar, ona görə də zərərçəkən onların hansı millətdən olduqlarını bilmir. İki il əvvəl də İsgəndərliyə hücum olmuşdu və polis müəyyən etmişdi ki, bu, yerli kriminal qrupların işidir. İsgəndərli hesab edir ki, sifariş Azərbaycan hakimiyyətindən gəlib. Vidadi İsgəndərli sosial şəbəkələrdə hakimiyyətin ünvanına sərt və emosional tənqidilə tanınır. Lakin tez-tez qeyri-etik, təhqiramiz ifadələrə yol verir. Azərbaycanda Vidadi İsgəndərli müxalifətyönlü fəaliyyətlə məşğul olub, həbs edilib və mühakimə olunub. Təxminən 10 il əvvəl Fransaya mühacirət edib, Turanın məlumatında qeyd olunur. Geri qayıt |