Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Vidadi İsgəndərli vəfat edib

Vidadi İsgəndərli vəfat edib


1-10-2024, 14:10.
title}


Bu gün, oktyabrın 1-i siyasi mühacir Vidadi İsgəndərli Fransanın Müluz şəhərində xəstəxanada vəfat edib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə onun qardaşı Oktay İsgəndərli məlumat verib.

Onun sözlərinə görə, V.İsgəndərli səhər saatlarında vəfat edib: "Ailə səhər saat 5-də Vidadi İsgəndərli ilə vidalaşmaq üçün hospitala dəvət olunmuşdu. Ailə üzvləri bir neçə saat onunla birgə qaldı. Vidadi saat 10 radələrində vəfat etdi".

O.İsgəndərli bildirib ki, meyit bir neçə gün ekspertiza üçün hospitalda saxlanacaq və ekspertizanın rəyi hazır olduqdan sonra nəşi ailə üzvlərinə təhvil veriləcək: "Bu, təkcə bizim ailənin faciəsi deyil, Vətəni, xalqını sevən hər bir insan üçün acı faciədir".

Onun vurğulamasına görə, V. İsgəndərli Azərbaycan xalqının azadlığı uğrunda həlak olub, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
Geri qayıt