Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > ABŞ Ermənistan-Azərbaycan sülh sazişini COP29 ilə “bağlamır” - Dövlət Departamenti

ABŞ Ermənistan-Azərbaycan sülh sazişini COP29 ilə “bağlamır” - Dövlət Departamenti


16-10-2024, 12:19.
title}


ABŞ çərşənbə axşamı bildirib ki, o, Azərbaycan və Ermənistan arasında mümkün sülh razılaşmasını BMT-nin COP29 iqlim konfransı ilə "heç vaxt əlaqələndirməyib".

Civilazerbaijan.com
bildirir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə Turanın suallarını cavablandırarkən deyib: “Biz bir neçə ay əvvəl Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə olunmasını istəyirdik və sülh sazişinin imzalanmasına təkan verirdik, lakin bu, ABŞ-dan deyil, iki tərəfdən asılıdır”.

Bakı ilə İrəvan arasında münaqişəyə son qoymaq üçün danışıqlar ötən ay Nyu-Yorkda keçırılıb və orda Bakı “siyasi problemləri aradan qaldırmağa” çağırıb. Öz növbəsində, erməni tərəfi bildirib ki, həll olunmamış məsələlər olsa da, sülhün COP29-dan əvvəl imzalanması mümkündür.

Ermənistan prezidenti Vaaqn Xaçaturyan keçən həftə “COP29 dan əvvəl sazişi imzalamaq yaxşı olardı” dedi.

Bununla belə, ötən həftə “TV Berlin” telekanalına müsahibəsində azərbaycanlı diplomat Elçin Əmirbayev İrəvanın “sabah” sülh sazişi imzalamağa hazır olduğuna şübhə ilə yanaşdığını bildirib.

Ötən ay Nyu Yorkda üçtərəfli nazirlər görüşü keçirən dövlət katibi Entoni Blinken hər iki ölkəni “mümkün qədər tez” sülh sazişini imzalamağa çağırıb.
Geri qayıt