Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Ukraynanın Qərbə çağırışı: “Putin gələrsə, COP29 boykot edilməlidir” və Aİ-nin CAVABI

Ukraynanın Qərbə çağırışı: “Putin gələrsə, COP29 boykot edilməlidir” və Aİ-nin CAVABI


17-10-2024, 19:34.
title}


Ukrayna Rusiya Prezidenti Vladimir Putin Azərbaycanda keçiriləcək COP29-a qatılacağı təqdirdə beynəlxalq ictimaiyyəti tədbirdən imtina etməyə çağırıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Ukraynanın yüksək səviyyəli diplomatlarından biri “Politico”ya danışıb.

Ukraynanın Avropa İttifaqındakı (Aİ) səfiri Vsevolod Çentsov da müsahibəsində bunu təsdiqləyib:

“Biz bu təzyiqi göstərməliyik və tərəfdaşlarımız Azərbaycana başa salmalıdırlar ki, əgər Putin oradadırsa, onlar gəlməyəcəklər”.

Çentsovun çağırışı Kremlin Putinin səfəri ilə bağlı açıqlamasından sonra edilib.

Kreml Rusiya Prezidenti Vladimir Putin noyabrın 11-də BMT-nin Azərbaycanın paytaxtı Bakıda baş tutacaq iqlim toplantısında iştirak etməyi düşündüyünü açıqlayıb. Amma Kremlin sözçüsü Dmitri Peskov “RİA Novosti”yə açıqlamasında: “Hələlik qərar verilməyib”, – deyib.

Çentsov qeyd edib ki, neft və qaz sənayesinə görə Azərbaycan Avropa İttifaqından kifayət qədər asılıdır, çünki Bakı və təşkilatın belə bir çağırış etməsi nəticə verə bilər:

“Avropa bazarında Rusiyanı əvəzləyən Cənubi Qafqazın neft və qazla zəngin ölkəsi Azərbaycan Avropa İttifaqından kifayət qədər asılıdır. Avropa İttifaqı bunu nəzərə almalıdır. Çünki onlar Avropa İttifaqı ilə əməkdaşlığı inkişaf etdirmək istəyirlər və bu baxımdan, həqiqətən, diqqətli olmalıdırlar”, – deyən ukraynalı diplomat hesab edir ki, bu asılılıq Brüsselin Bakı üzərində əsas təsir rıçaqıdır.

Diplomat qeyd edir ki, Putin son illərdə beynəlxalq səfərlərini azaldıb, çünki Beynəlxalq Cinayət Məhkəməsi (ICC) müharibə cinayətləri iddialarına görə onunla bağlı həbs qərarı verib. Bu da Rusiya Ptrezidentinin səfər seçimlərini məhdudlaşdırıb.

Nəşr yazır ki, Azərbaycan isə BCM-nin üzvü deyil və Rusiya lideri bura səfər edəndə onu saxlamaq öhdəliyi yoxdur:

“Putin bu ilin avqustunda bu ölkəyə səfər edib, Azərbaycan Prezidenti İlham Əliyevlə ticarət və siyasi əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparıb”.

Çentsov isə vurğulayıb ki, həbs qərarı Putinin böyük diplomatik tədbirdə iştirakını əngəlləmək üçün kifayət etməlidir:

“Biz tərəfdaşlarımıza xəbərdarlıq edirik ki, Rusiyanın etdikləri müharibə cinayətləridir və biz Rusiyanın müharibəni normallaşdırmağa çalışdığını bilməliyik”.

Ukrayna gələn ay G20 ölkələri sammitinə ev sahibliyi edəcək Braziliyaya da Putinin həbsi ilə bağlı çağırış edib. Çağırışda bildirilir ki, Rusiya Prezidenti tədbirə gələrsə, haqqında həbs qərarı çıxarılmalıdır.

Aİ-nin yüksək səviyyəli rəsmisi isə “Politico”ya açıqlamasında fərqi düşündüklərini deyib və bütün hallarda tədbirin pozulmamasını vacib sayıb.

“Biz Putindən qorxmuruq. O gəlsəydi, bu, onun yalanları və aqressivliyi ilə üzləşmək üçün bir fürsət olardı”, – deyə Aİ rəsmisi bildirib, Meydan TV-nin xəbərində qeyd olunur.
Geri qayıt