Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Azərbaycan əsgərinin özünü güllə ilə vurduğu bildirilir
Azərbaycan əsgərinin özünü güllə ilə vurduğu bildirilir19-10-2024, 15:52. |
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Novruz Fikrət oğlu Gözəlovun odlu silahdan istifadə etməklə özünü öldürdüyü bildirilir. Civilazerbaijan.com bildirir ki, bu barədə Meydan TV-yə Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev məlumat verib. Onun sözlərinə görə, hadisə ilə bağlı Gəncə Hərbi Prokurorluğuna məlumat daxil olub. Firad Əliyev bildirib ki, daxil olmuş məlumat əsasında Gəncə Hərbi Prokurorluğunun, eyni zamanda Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib: “İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib”. O qeyd edib ki, fakt üzrə Gəncə Hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb: “Zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”, – Firad Əliyev bildirib. Meydan TV hərbçinin ailəsi ilə əlaqə saxlaya bilməyib. Geri qayıt |