Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Azərbaycan və Ermənistanın Kazanda Əliyev-Paşinyan görüşünün yekunları barədə MƏLUMATI

Azərbaycan və Ermənistanın Kazanda Əliyev-Paşinyan görüşünün yekunları barədə MƏLUMATI


24-10-2024, 19:01.
title}


Kazanda BRİKS sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşü keçirilib. İlham Əliyev və Nikol Paşinyanın görüşündə iki ölkənin xarici işlər nazirləri, baş nazirin müavinləri və xarici siyasət üzrə köməkçilər də iştirak ediblər.

Civilazerbaijan.com
bildirir ki, Azərbaycan və Ermənistan liderlərinin mətbuat xidmətləri İlham Əliyev və Nikol Paşinyanın Kazanda bugünkü görüşünün yekunları ilə bağlı eyni məlumatı yayıblar.

“Oktyabrın 24-də Kazanda keçirilən XVI BRİKS sammiti zamanı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub.

Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılması, o cümlədən sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib”, - məlumatda deyilir.
Geri qayıt