Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Həbsdə aclıq edən I qrup əlil Famil Xəlilovun ayaqları da tutulub
Həbsdə aclıq edən I qrup əlil Famil Xəlilovun ayaqları da tutulub29-10-2024, 15:31. |
İstintaq Təcridxanasında 77 gündür aclıq edən ictimai fəal, I qrup əlil Famil Xəlilovun ayaqları tutulub. "O, hərəkət edə bilmir. 36 kiloqram çəki itirib". Civilazerbaijan.com bildirir ki, bu barədə "Amerikanın Səsi" radiosuna onun həyat yoldaşı Kiçikxanım Xəlilova oktyabrın 29-da 1 saylı Bakı İstintaq Təcridxanasının Sanitar-Tibb hissəsində saxlanılan fəala baş çəkdikdən sonra bildirib. Onun sözlərinə görə, Famil mədəsində və başında kəskin ağrılardan əziyyət çəkir. Bununla yanaşı, o, aclığı sonadək davam etdirəcəyini bildirib. Vəkil Bəhruz Bayramov bildirib ki, Famil Xəlilovun işi üzrə məhkəmə COP29-dan sonraya - noyabrın 28-nə qədər təxirə salınıb. Fəal Famil Xəlilov "qanunsuz həbsinə" etiraz olaraq avqustun 15-dən aclıq aksiyasına başladığını elan edib. Bu il mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub. Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər. Avqustun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Proses dəfələrlə təxirə salınıb. Famil Xəlilov serebral iflicdən əziyyət çəkir, qolları iflicdir. Sosial şəbəkələrdə postlarını ayaq barmaqları ilə yazırdı. Geri qayıt |