Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Bakıda COP29 başlayıb
Bakıda COP29 başlayıb11-11-2024, 13:12. |
Bu gün Bakıda BMT-nin İqlim Dəyişiklikləri konfransı - COP29 başlayıb. COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq, Azərtac yazıb. Bəzi ölkə prezidenti və ya baş nazirinin rəhbərliyi ilə nümayəndə heyətləri artıq Azərbaycandadır. Civilazerbaijan.com bildirir ki, COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasıdır. Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan dünyanın ən böyük tədbiri sayılan COP-un 29-cu iclası Azərbaycanın tarixindəki ən böyük beynəlxalq tədbirdir. Tədbirdə iştirak etmək üçün 67 min nəfər qeydiyyatdan keçib, rəsmi məlumatlarda deyilir. COP29-a görə Azərbaycanda məktəblər üçün iki həftəlik tətil elan edilib, ali təhsil müəssisələri distant təhsilə keçirilib. Bakıda bir çox ictimai nəqliyyat olaraq avtobusların marşrutları dəyişdirilib, şəhərin bəzi yerlərində, o cümlədən paytaxta giriş məhdudlaşdırılıb. Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı" (ingiliscə COP-"Conference of the Parties)" noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtı Bakıda, Bakı stadionunda keçiriləcək. Bundan əvvəlki tədbir - COP28 keçən il Dubayda keçirilib. Bir neçə ildir ki, dünya ölkələri dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmağa çalışırlar və bunu COP adlanan illik konfransda növbəti addımları müzakirə edirlər, BBC-nin məlumatında qeyd olunur. Geri qayıt |