Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Ehtiyatda olan zabitlər Bakıda etiraz aksiyası keçiriblər
Ehtiyatda olan zabitlər Bakıda etiraz aksiyası keçiriblərDünən, 14:57. |
Noyabrın 26-da Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan bəzi zabitləri Azərbaycan paytaxtı Bakıda Prezident Administrasiyasının yaxınlığındakı Filarmoniya bağının qarşısında etiraz aksiyası keçiriblər. Civilazerbaijan.com bildirir ki, bu barədə AzadlıqRadiosu məlumat verib. Zabitlər deyiblər ki, 44 günlük müharibənin iştirakçıları olublar və yaralanaraq ehtiyata buraxılıblar. Onların sözlərinə görə, aksiyanın səbəbi onlara ayrılan pulun verilməməsidir: "Cənab Prezidentinin sərəncamına əsasən, ehtiyata buraxıldığımıza görə, bizə 36 aylıq birdəfəlik kompensasya ödənilməlidir". Hərbçilər bildiriblər ki, bir müddət əvvəl məsələni prezidentin hərbi məsələlər üzrə köməkçisi Fərid Seyidovun diqqətinə çatdırıblar: "Məlum olub ki, bu pul bizə şamil edilir. Aidiyyəti orqanlara tapşırıq verildi ki, məsələ təcili şəkildə öz həllini tapsın. Müdafiə Nazirliyinin tabeçiliyində olan Maliyyə-Büdcə İdarəsindən də noyabrın 17-də bizə bildirilib ki, sənədlərimiz qaydasındadır, imzalanıb və 15-20 gün ərzində hesabımıza oturacaq. Amma bu yalan məlumat idi. Sən demə, bu idarə nazirliyin hospitalına sorğu göndərib ki, bizlərin əlilliyi yenidən təsdiqlənsin". Aksiya iştirakçıları qeyd ediblər ki, Müdafiə Nazirliyi onların əlilliyini təsdiqləyib və buna dair bütün sənədləri var: "Amma yenə də bizdən yenidən təsdiqlənmə istəyirlər. Bu gün bizim haqqımızı tapdalayırlar. 36 aylıq əmək haqqından söhbət gedir. Bu gün də həmin pulu mənimsəyirlər". Aksiyada səslənən fikrlərə, hələlik, Müdafiə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb. Geri qayıt |