Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Antoni Blinken hüquq müdafiəçisi Emin Hüseynovu qəbul edib - FOTOLAR

Antoni Blinken hüquq müdafiəçisi Emin Hüseynovu qəbul edib - FOTOLAR


6-12-2024, 13:59.
title}


ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən iclası çərçivəsində dekabrın 5-də ABŞ-ın Dövlət katibi Antoni Blinken Azərbaycan, Belarus, Qırğızıstan, Rusiya və Ukrayna vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb. Görüş bir saatadək davam edib.

Civilazerbaijan.com
bildirir ki, iclasda Azərbaycan vətəndaş cəmiyyətini siyasi mühacirətdə olan hüquq müdafiəçisi Emin Hüseynov təmsil edib.

Hüseynov Amerikanın Səsinə bildirib ki, görüş zamanı o, Azərbaycanda insan haqlarının vəziyyətinin pisləşməsi, fəalların və jurnalistlərin həbsi, o cümlədən hüquq müdafiəçisi Rüfət Səfərovun son həbsindən danışıb.

Hüseynovun sözlərinə görə, Blinken Səfərovun həbsindən xəbərdar olduğunu deyərək, Vaşinqtonda Azərbaycanda haqsız yerə həbs edilən şəxslərin işlərinin diqqətlə izlənildiklərini bildirib.

Emin Hüseynov ABŞ-ın həm ölkə daxilində, həm də xaricdə fəaliyyət göstərən Azərbaycan vətəndaş cəmiyyətinə institusional və siyasi dəstəyinin gücləndirilməsinin zəruriliyini qeyd edib. Bu, insan hüquqlarının müdafiəsi və demokratik dəyərlərin təşviqi istiqamətində səylərin səmərəliliyinin artırılması üçün çox vacibdir.

Hüseynov görüşdə həmçinin yanvarın 20-də ABŞ-da yeni administrasiya fəaliyyətə başlayandan sonra yeni dövlət katibinin də Azərbaycanda insan hüquqları sahəsinə diqqəti artırmasını xahiş edib. O, Blinkendən xahiş edib ki, Avropa İttifaqı ölkələrinin də Azərbaycanda insan hüquqlarına dəstəyi artırmasının zəruriliyini onların diqqətinə çatdırsın.

Amerikanın Səsinin məlumatında qeyd olunur ki, görüşdə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen də iştirak edib.
























Geri qayıt