Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Azər Qasımlı şübhəli şəxs qismində saxlanılıb
Azər Qasımlı şübhəli şəxs qismində saxlanılıb8-12-2024, 17:53. |
Dekabrın 8-də Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə 48 saata şübhəli şəxs qismində saxlanılıb. Civilazerbaijan.com bildirir ki, bu barədə Turana vəkil Aqil Layıc məlumat verib. “Azər Qasımlıya borclu olan bir şəxs var. Məhkəmələri Qasımlı udmuşdu. İndi həmin adamı çağırıblar, guya Azər Qasımlı ondan hədə-qorxu ilə pul tələb edib”, vəkil qeyd edib. Aqil Layıcın sözlərinə görə, Azər Qasımlı ittihamı qəbul etmir və saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib. Qeyd edək ki, bundan öncə -səhər saatlarında Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı onun saxlanması ilə bağlı məlumat vermişdi: “Səhər Azər oğlumuzu futbol məşqinə aparıb. Sonradan mənə zəng edib dedi ki, uşağı məm götürüm. Səbəbini soruşduqda, o, sadəcə yalnız “özün bilirsən” deyə bilib və əlaqə kəsilib”. Noyabrın 22-də A.Qasımlı ölkədən buraxılmayıb. Üç gün sonra o, Bakı polisində bir neçə cinayət işi üzrə şahid qismində dindirilib. A.Qasımlı Azərbaycan hakimiyyətinin daxili və xarici siyasətinin tənqidçisi kimi tanınır. O, sosial şəbəkələrdəki paylaşımlarında və müsahibələrində son bir ildə jurnalistlərin və fəalların həbslərinin yeni dalğasını Azərbaycanın xarici siyasətində Kremllə yaxınlaşma istiqamətində dönüşlə əlaqələndirib. Geri qayıt |