Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet > Yeni vəzifəyə təyin olunan Samir Şərifovdan AÇIQLAMA
Yeni vəzifəyə təyin olunan Samir Şərifovdan AÇIQLAMADünən, 18:02. |
Prezident İlham Əliyevin sərəncamları ilə uzun illər maliyyə naziri vəzifəsində çalışmış Samir Rauf oğlu Şərifov vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib. Civilazerbaijan.com bildirir ki, yeni təyinatı ilə bağlı açıqlama verən Samir Şərifov Prezident İlham Əliyevə minnətdarlığını bildirib. "Cənab Prezident mənə böyük etimad göstərib. Çalışacağam ki, bu etimadı doğruldum. Hələ ki müavin olaraq hansı sahəyə rəhbərlik edəcəyimi deyə bilmərəm. O məsələlərə Baş nazir baxacaq, cənab Prezidentlə razılaşdırılacaq. İnşallah növbəti həftə bəlli olacaq”, - S. Şərifov əlavə edib. Qeyd edək ki, Samir Şərifov 1983–1991-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində, həm Bakıda, həm də xaricdə – Yəmən Xalq Demokratik Respublikasında iqtisadçı kimi çalışıb. 1991–1995-ci illər arasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri və idarə rəisinin müavini vəzifələrində fəaliyyət göstərib. 1995–2001-ci illərdə Azərbaycan Respublikasının Milli Bankında departament direktoru və baş direktor vəzifələrində işləyib. 2001–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru, eyni zamanda 2003–2006-cı illərdə Mineral Ehtiyatların Hasilatı İlə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyasının sədri kimi fəaliyyət göstərib. Samir Şərifov 19 il maliyyə naziri vəzifəsində çalışıb. Geri qayıt |