Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet > Daha bir müstəqil jurnalistin ölkədən çıxışına qadağa qoyulub
Daha bir müstəqil jurnalistin ölkədən çıxışına qadağa qoyulubBu gün, 13:24. |
Yanvarın 11-də müstəqil jurnalist Xanım Mustafayevanın ölkədən çıxışına qadağa qoyulub. Civilazerbaijan.com bildirir ki, bu barədə onun özü Amerikanın Səsinə məlumat verib. Jurnalistin sözlərinə görə, ona qadağanın Daxili İşlər Nazirliyi tərəfindən qoyulduğu deyilsə də, səbəbi bildirilməyib. Mustafayeva deyir ki, o, 2024-cü ilin dekabrın 15-də Yeni ili ailəsi ilə keçirmək üçün İstanbuldan Azərbaycana qayıdıb, bu gün yenidən Türkiyəyə getmək istəyib. Jurnalist deyir ki, hazırda onun hər hansı bir cərimə və kredit borcu yoxdur: "Bu gün pasport yoxlanışından keçdim və pasportuma möhür vuruldu, keçdikdən sonra geri çağırıb bildirdilər ki, geri qayıdım. Məni bir neçə dəqiqə gözlədəndən sonra bildirdilər ki, ölkədən çıxışıma qadağa var və ölkəni tərk edə bilmərəm. Qadağanın hansı əsasla qoyulduğundan məlumatsızam". Jurnalist qadağanın səbəbini öyrənmək üçün DİN-in Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevlə əlaqə saxlayıb. Hacıyev ona qadağadan məlumatsız olduğunu və araşdıracağını deyib. Azərbaycanda son iki ildə bir çox jurnalist və ictimai fəalın ölkədən çıxışına qadağa qoyulub. Onların əksəriyyəti "Abzas Media", "Toplum TV" və "Meydan TV" işləri ilə bağlıdır. Xanım Mustafayeva isə hazırda bu media orqanlarının heç biri ilə əməkdaşlıq etmədiyini bildirib. Azərbaycanda hazırda 20-dən artıq jurnalist həbsdədir. Ümumilikdə isə ölkədə 300-dən artıq siyasi məhbusun olduğu bildirilir. Daxili İşlər Nazirliyi məsələyə hələ də rəsmi münasibət bildirməyib. Geri qayıt |