Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Azərbaycanın maraqlarını qorumaq üçün rüşvət almaqda ittiham olunan alman deputatların məhkəməsi başlayır
Azərbaycanın maraqlarını qorumaq üçün rüşvət almaqda ittiham olunan alman deputatların məhkəməsi başlayırBu gün, 00:04. |
Yanvarın 16-da Münhen Ali Məhkəməsində Bundestaqın iki keçmiş deputatı Aksel Fişer və Eduard Lintnerin məhkəməsi başlayır. Civilazerbaijan.com bildirir ki, bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniya nümayəndə heyətinin rəhbəri Frank Şvabe sosial şəbəkə hesabında məlumat verib. Hər iki deputat AŞPA-da Azərbaycanın maraqları naminə lobbiçilik etmək üçün külli miqdarda rüşvət alaraq, seçilmiş rəsmilərə rüşvət verərək qanunu pozmaqda ittiham olunurlar. Korrupsiya qalmaqalında Bundestaqın 2021-ci ildə vəfat edən digər deputatı Karin Ştrentsin də adı keçir. Bu cinayət işi Avropa Şurasında ortaya çıxan və “kürü diplomatiyası“ kimi tanınan korrupsiya qalmaqalı ilə bağlıdır. İddilara görə, Azərbaycan höküməti illərlə ölkədə insan haqlarının pozuntusuna dair hesabatların və müzakirələrin qarşısını almaq məqsədilə bu qurumun deputatlarını satın alaraq susdurub. Almaniyanın baş prokurorluğunun hələ 2020-ci ildə yaydığı məlumatda deyilirdi ki, Lintner 2008-2016-cı illərdə Baltikyanı ölkələrdə bank hesabları olan britaniya şirkətləri vasitəsilə Azərbaycandan 4 milyon avro qəbul edib. Fişerin isə 2015-2016-cı illərdə 22 min avro rüşvət aldığı bildirilir. Meydan TV-nin məlumatında qeyd olunur ki, otuz iclasdan ibarət olacaq məhkəmə prosesinin aprelin 25-də yekunlaşacağı gözlənilir. Geri qayıt |