Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet > Azərbaycanda bələdiyyə seçkiləri keçirilir - YENİLƏNİB

Azərbaycanda bələdiyyə seçkiləri keçirilir - YENİLƏNİB


29-01-2025, 17:10.
title}


21:44 - 29.01.2025

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 25 saylı məntəqəsində səsvermə bitdiyinə baxmayaraq 1 saatdan çoxdur seçki qutuları açılmadığı, səssayma aparılmadığı bildirilir.

Civilazerbaijan.com
bildirir ki, həmin dairədən namizəd Cəmilə Əlişeva bildirib ki, məntəqə komissiyanın üzvləri seçki nətivələri protokolunu sabah verəcəklər: "Bu, ciddi qanun pozuntusudur. MSK-ya şikayətimi bildirdim".

Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasından məsələ ilə bağlı şərh almaq mümkün olmayıb, Turanın məlumatında qeyd olunur.

***

17:15 - 29.01.2025

İctimai fəal Əhməd Məmmədli çərşənbə günü Azərbaycanda bələdiyyə seçkilərində səsvermənin monitorinqi zamanı, fiziki zorakılıq təhdidləri də daxil olmaqla, təzyiqə məruz qaldığını bildirib.

Civilazerbaijan.com
bildirir ki, onun sözlərinə görə, Bakının 35 saylı məktəbində yerləşən Nəsimi-Səbail seçki dairəsinin 32 saylı seçki məntəqəsində təzyiq göstərilib.

Fəalın sözlərinə görə, o, yeni saxtalaşdırma texnologiyasını qeydə alıb.

"Əvvəllər müxtəlif məntəqələrdə dəfələrlə səs verənlər (karusel) seçki məntəqələrinə dəstə-dəstə daxil olurdularsa, indi tək-tək daxil olurlar. Seçki məntəqələrinin yaxınlığında "koordinatorlar" onları qarşılayır. Onlar bu şəxslərə necə davranmalı olduqları - tək-tək daxil olmaları və bir-biri ilə ünsiyyətdə olmamaları barədə təlimat verirlər", deyə Məmmədli bildirib.

O, bu "koordinatorların" işinin və digər pozuntuların videogörüntülərini çəkib. Bundan sonra hakimiyyəti təmsil edən komissiya üzvləri və müşahidəçilər ona təzyiq göstərməyə başlayıblar.

Onlardan idmançı bədən quruluşu olan biri açıq şəkildə təhdid edib. "O deyib ki, mən hansısa "kriminal avtoritetin" bacısını videoya çəkmişəm və o, məni öldürməklə hədələyir. Mən məntəqəni tərk etməkdən imtina etdim, videomüraciət yayaraq, bu haqda danışdım. Başıma nə isə gəlsə, buna görə seçki prosesinə müdaxilə edən hakim Yeni Azərbaycan Partiyasından olan komissiya üzvləri, müşahidəçilər məsuliyyət daşıyır", deyə Məmmədli bildirib.

Onun sözlərinə görə, videomüraciətdən sonra ona qarşı təzyiq dayanıb, Turanın məlumatında qeyd olunur.

***


17:12 - 29.01.2025


Yanvarın 29-da ölkə üzrə keçirilən bələdiyyə seçkiləri prosesində pozuntuların olduğu bildirilir.

Civilazerbaijan.com
bildirir ki,23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizəd Cəmilə Əlişeva öz “Facebook” hesabında bəzi məntəqələrdə quraşdırılmış vebkameraların görüntülərinə əsaslanaraq 12, 13, 28 və 29 saylı seçki məntəqələrində eyni adamların səs verdiklərini əks etdirən videolar paylaşıb.

14 saylı məntəqədə bülletenlərin qalaq-qalaq qutuya atılması qeydə alınıb.

Dairə seçki komissiyasından “Turan”a namizədin açıqlamasını təkzib ediblər.

***

Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Civilazerbaijan.com
bildirir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, ölkə üzrə 685 bələdiyyəyə 8 min 71 nəfər üzv seçilməlidir.

Ümumilikdə 16 min 92 nəfərin namizədliyi qeydə alınıb. Bir yerə təqribən iki iddiaçı var.

Bu seçkilərdə beynəlxalq müşahidəçilər yoxdur. MSK onlara dəvət göndərilməməsini bələdiyyə seçkilərinin lokal olması ilə izah edib.
Geri qayıt