Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Ağcabədidə qumbara partlayıb, bir ailənin 5 üzvü ölüb
Ağcabədidə qumbara partlayıb, bir ailənin 5 üzvü ölübBu gün, 15:51. |
Ağcabədi rayonunda parlayış nəticəsində ölən və yaralananların olduğu deyilir. Civilazerbaijan.com bildirir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsindəki evlərdən birində beş nəfərin ölməsi, iki nəfərin yaralanması ilə nəticələnən partlayışa dair məlumat alıblar. Bildirilib ki, rayonunun Hindarx qəsəbəsində baş verən parlayış nəticəsində 5 nəfər ölüb (onlardan 3-ü yetkinlik yaşına çatmayan şəxsdir): 1. Quliyev Şamiq Əfqan oğlu (1959); 2. Quliyev Bəhruz Şamiq oğlu (1983); 3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015); 4. Məmmədli Murad Vidadi oğlu (2018); 5. Quliyev Natiq Namiq oğlu (2018). 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb: 1. Quliyeva (Məmmədova) Ülviyyə Şamiq qızı (1985); 2. Quliyeva Aysun Namiq qızı (2015). Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Geri qayıt |