Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > AXCP üzvü həbs edilib

AXCP üzvü həbs edilib


12-02-2025, 18:16.
title}


Fevralın 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Yevlax rayon şöbəsinin fəalı Şamil Cəfərov saxlanılıb.

Civilazerbaijan.com
bildirir ki, AXCP-nin yaydığı məlumata görə, ona Yexlax Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs cəzası verilib.

Ş. Cəfərov İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə ittiham edilib.

“Şamil Cəfərova verilən ittiham saxtadır. O sosial şəbəkələrdə tənqidi statusları ilə bağlı saxlanılıb”, AXCP-nin məlumatında bildirilir.

Daxili İşlər Nazirliyi isə hadisə ilə bağlı münasibət bildirməyib.

Hazırda AXCP-nin 12 üzvü uzunmüddətli həbsdədir. Partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini bildirir.

Hüquq müdafiəçilərinin məlumatına görə, ölkədə 300-dən çox siyasi məhbus var.

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbus olması ilə bağlı tənqidləri qərəzli hesab edir, həmin şəxslərin siyasi fəaliyyətlərinə görə deyil, törətdikləri əmələ görə mühakimə olunduqlarını bildirir, Toplum TV-nin məlumatında qeyd olunur.
Geri qayıt