Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Məhkəmə Hafiz Həsənov barəsində ev dustaqlığı qərarı verib
Məhkəmə Hafiz Həsənov barəsində ev dustaqlığı qərarı verib21-03-2025, 16:58. |
"Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. Civilazerbaijan.com bildirir ki, qərar Binəqədi rayon Məhkəməsi tərəfindən verilib. O, Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb. Hüquq müdafiəçisi martın 14-də saxlansa da, həmin gün axşam buraxılmışdı. Onun sonradan təqsirləndirilən şəxs qismində yenidən istintaqa cəlb edildiyi bildirilir. H.Həsənov cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığında ittiham olunur. Azərbaycan hakimiyyətinin müstəqil qeyri-hökumət təşkilatlarına (QHT) qarşı 2014-cü ildə başlanmış, daha sonra bağlanmış cinayət işi yenidən açılıb. Bu il martın 14-də “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı və “Seçki Müşahidə Alyansı”nın rəhbəri Məmməd Alpay Məmmədzadə bu iş üzrə həbs olunublar. Hər iki hüquq müdafiəçisi vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırmasında ittiham olunurlar, Toplum TV-nin məlumatında qeyd olunur. Geri qayıt |