Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Sənət / Manşet / Üst manşet > Mikayıl Müşfiq. Arzuya bax, sevgilim... - ŞEİRLƏR
Mikayıl Müşfiq. Arzuya bax, sevgilim... - ŞEİRLƏR12-07-2025, 15:44. |
Mikayıl Müşfiq (Mikayıl Əbdülqadir oğlu İsmayılzadə) 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, “Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb, 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib. Son iş yeri isə indi Mikayıl Müşfiqin adını daşıyan Bakı şəhərindəki 18 nömrəli orta məktəb olub. Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb. Mikayıl Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı Azərbaycan dilinə çevirib. Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da güllələnib. Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb. Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb. Civilazerbaijan.com Mikayıl Müşfiqin bir neçə şeirini təqdim edir: Mikayıl Müşfiq ARZUYA BAX, SEVGİLİM... şeirlər Ürək Sən onun eşqilə, məhəbbətilə Vurmadın ömrünü başa, ürəyim. Sevgi hədəfinə nişan alanda Dəydimi oxların daşa, ürəyim?! Sevgi dəryasında ruhum bir ada, Fırtınam ziyada, dalğam ziyada, O ellər gözəli düşəndə yada, Az qalır xəyalım şaşa, ürəyim! Sən canı canandan ayrı tutmadın, Odur ki, vəfasız deyildir adın. O, səni unutdu, sən unutmadın, Yaşa, məhəbbətim, yaşa, ürəyim! Məhəbbət Mən ki, bilməz idim nədir məhəbbət. Bu sirri sən mənə anlatmadınmı? Dünyaya sığmayan şair könlümü Köksümdən çıxarıb oynatmadınmı? Mən ki, nəğmə deyib bənövşələrdən Peşəm zövq almaqdı bir şux dilbərdən. Məndən uzaq gəzib,dolanıb hərdən, Qəlbimi sıxmağa can atmadınmı? Min hicran könlümü alanda ələ, Zərrəcə halıma yanmadın belə. Müşfiqin qəlbini tez alıb ələ, Onu röyalardan oyatmadınmı? Qurban olduğum Bilməm, məni nеçin atmış, unutmuş, Cövrü-cəfasına qurban olduğum. Yoхsa özgəsinə üzünü tutmuş, Yеni sеvdasına qurban olduğum? Mən Dilbəri sordum gəlib-gеdəndən; Dеdilər, barışmaz, küsmüşdür səndən. Mən iltifat еtdim, o qaçdı məndən, Qaçqın ədasına qurban olduğum. O mənim sеvgilim, o mənim anam. Onsuz üzüm gülməz, açılmaz aynam. Bilməm, harda qaldı o nazlı durnam, O хoş sədasına qurban olduğum. Ayrılıq oduna könül dayanmaz. Еşq oduna yanan bir daha yanmaz. Çəkdiyim nalədən nеçin oyanmaz, Şirin röyasına qurban olduğum? *** Xoşladığım bir gecə, yerlər, göylər işıqlı, Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı. Bunları seyr edərkən Bir az fikrə gedərkən Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki, Mənə öylə gəldi ki, Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş, Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş... Gecə sakit... düşüncəm sakit deyildir fəqət, Gözlərimin önündə canlandı bir həqiqət. Xəyalım ənginlərə o qədər yüksəldi ki, Mənə öylə gəldi ki, İlk dəfədir kainat- Dünyanı sellərində çalxayan bizim həyat Sağda, solda döyüşmüş, Sonra yoluna düşmüş. Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəl! Seyr edəlim qol-qola bu zümrüd çəməndə gəl! Göy üzünə bircə bax, hər ulduz bir sarı gül, Yarı qönçə, yarı gül. Səni gördüm, xəyalım o qədər yüksəldi ki, Mənə öylə gəldi ki, Bizə bu nazlı aləm görünərdi qaranlıq, Gözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq. Xoşladığm bir gecə, yerlər, göylər işıqlı, Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı. Bunları seyr edərkən, Bir az fikrə gedərkən, Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki, Mənə öylə gəldi ki, Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş, Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş... *** Yağış yağır, rəqs еyləyir gur damlalar, Sıra-sıra, inci-inci nur damlalar. Göydə iki qara bulud çatılaraq, Ildırımlar şaqqıldayır şaraq-şaraq. Quşlar uçur yuvasına pırıl-pırıl, Şırıldayır navalçalar şırıl-şırıl. Çaхnaşmada göy üzündə ildırımlar, Bir-birinə dəydi, baхın, qaldırımlar. Dönmələrdə durana baх, qaçana baх! Qaldırımda o balaca oğlana baх! Öz döşündən yеni sözlər toхuyaraq, Ayağını şappıldadır oхuyaraq. Gülə-gülə bir qız qaçır o səkidən, Ürəкciyi хali dеyil səksəkədən, Yanında bir gənc də qaçır, Yağış yağır, onu açır. Еy gənc, durma, qoltuqlamaq zamanıdır, Təbiətin ən şuх, çaqraq zamanıdır. Yağ, yağışım, yağ sеl ol, yağ! Sırma-sırma, tеl-tеl ol, yağ! Çözül, sən ki кölgəli bir yar saçısan, Bağrıyanıq səhraların əlacısan. Yağ, yağışım, sеllənərək, Sırmalanıb tеllənərəк! Zümzümənlə şirin-şirin dillən, yağış. Кüçələrdə uşaq kimi vеllən, yağış! Bunlar kеçər, çarpın, səma, köksüm kimi, Еy ildırım, səs vеr mənə, səsim kimi! Yağ, еy yağış, fikrim kimi, hissim kimi, Uzaq, yaхın çöllərə yağ, Ölкələrə, еllərə yağ! Yağış yağır, rəqs еyləyir gur damlalar, Sıra-sıra, inci-inci nur damlalar. Yaşa könül Ah, bu uzun sevda yolu Vurulurmu başa, könül! Nişan aldım, kaman atdım, Dəydi oxum daşa, könül! Bir od düşdü buluduna, Yandı könül eşq oduna, Qaldın hicran umuduna, Ey qırılan şişə könül! Tərlansan, göydən enməzsən, Bu torpaqda sevinməzsən, Mən dönərəm, sən dönməzsən, Yaşa, könül, yaşa, könül! Necə əl çəkim? Ah, mən gündən-günə bu gözəlləşən İşıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən Dostdan, aşinadan necə əl çəkim? Dönmə bir şəbnəmə yaz səhərində, Könül, günəş kimi parla yerində! Göylərin lacivərd ətəklərində Gedən bu qovğadan necə əl çəkim? Baxınız, dan yeri sökülmüş kimi, Dostlar bir cəbhəyə tökülmüş kimi. Uzaqdan-uzağa xam gümüş kimi Ağaran səhradan necə əl çəkim? Təbiət varlıdır, təbiət xəsis, İşlədərkən onu, sən ey mühəndis, Mən də qart daşlara verdiyim bu hiss, Bu incə mənadan necə əl çəkim? Bir yanda tərlanlar, dumanlı dağlar, Bir yanda kəkliklər, ayna bulaqlar, Bir yanda bülbüllər, çiçəkli bağlar, Mən bu tamaşadan necə əl çəkim? Həyat dedikləri bu keçməkeşdən, Qəlbimdə, qanımda yanan atəşdən, Gecədən, gündüzdən, aydan, günəşdən, Bu əngin fəzadan necə əl çəkim? Qarşımda dalğalı dərin bir ümman, Ümmanı sarsıdır bir acı tufan, Bəyaz köpükləri bir çiçək yapan Şeirdən, xülyadan necə əl çəkim? Ulduzlar fikrimin çırağbanıdır, Bulud xəyalımın karıvanıdır, Səma ki, hissimin aşiyanıdır, Böylə bir səmadan necə əl çəkim? Mehriban sevgilim qarşımda durdu, Yenə şairliyim başıma vurdu, Məndən məcnun kimi könül maraqla sordu: -Bu saçı leyladan necə əl çəkim? Xəzan acısına edib təhəmmül, Gülün kölgəsində ötəndə bülbül, - Həyat, həyat!- deyə çırpınır könül. Könüldən, sevdadan necə əl çəkim? Sən aldın aşını yeni hisslərdən, Ey cavan qələmim, düşmə bəhərdən, A dostlar, söyləyin, mən bu hünərdən, Bu təbi valadan necə əl çəkim? Yenə o bağ olaydı... Yenə o bağ olaydı, yenə yığışaraq siz O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim, Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər axşam. Arzuya bax sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi? Yenə o bağ olaydı, yenə sizə gələydik, Danışaydıq, güləydik. Ürkək baxışlarınla ruhumu dindirəydin, Məni sevindirəydin. Gizli söhbət açaydıq, ruhun ehtiyacından. Qardaşından, bacından Çəkinərək çox zaman söhbəti dəyişəydin, Mənimlə əyişəydin. Yenə bir vuraydı, qəlbimiz gizli-gizli, Sən, ey əsmər bənizli. Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur, Vay o qəlbə ki, boşdur! Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud, İnsanlar daha məsud. Duyğular daha incə, fikirlər daha dərin, Ürəklər daha sərin. İnsanların vüqarı, tələbi daha yüksək, Yolumuzdan daş, kəsək, Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır, Bu yaz, bir başqa yazdır! Yenə o bağ olaydı, yenə o qumlu sahil, Sular ötəydi dil-dil. Saçın kimi qıvrılan dalğalara dalaydım, Dalıb ilham alaydım. Əndamını həvəslə qucaqlarkən dalğalar, Qəlbimdə qasırğalar, Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı, Məni hirsim boğaydı. Cumub alaydım səni dalğaların əlindən, Yapışaydım belindən. Xəyalımız üzəydi sevda dənizlərində, Ləpələr üzərində. İlhamımın yelkəni, zərrin saçın olaydı, Sular xırçın olaydı. Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə, Yenə o bağ olaydı, yenə yığışaraq siz O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim, Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər axşam. Arzuya bax sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi? Yenə o bağ olaydı, yenə sizə gələydik, Danışaydıq, güləydik. Ürkək baxışlarınla ruhumu dindirəydin, Məni sevindirəydin. Gizli söhbət açaydıq, ruhun ehtiyacından. Qardaşından, bacından Çəkinərək çox zaman söhbəti dəyişəydin, Mənimlə əyişəydin. Yenə bir vuraydı, qəlbimiz gizli-gizli, Sən, ey əsmər bənizli. Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur, Vay o qəlbə ki, boşdur! Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud, İnsanlar daha məsud. Duyğular daha incə, fikirlər daha dərin, Ürəklər daha sərin. İnsanların vüqarı, tələbi daha yüksək, Yolumuzdan daş, kəsək, Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır, Bu yaz, bir başqa yazdır! Yenə o bağ olaydı, yenə o qumlu sahil, Sular ötəydi dil-dil. Saçın kimi qıvrılan dalğalara dalaydım, Dalıb ilham alaydım. Əndamını həvəslə qucaqlarkən dalğalar, Qəlbimdə qasırğalar, Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı, Məni hirsim boğaydı. Cumub alaydım səni dalğaların əlindən, Yapışaydım belindən. Xəyalımız üzəydi sevda dənizlərində, Ləpələr üzərində. İlhamımın yelkəni, zərrin saçın olaydı, Sular xırçın olaydı. Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə, Gəlin baxın Xəzərə. Çıxalım Buzovnada kiçik qayalıqlara, Seyrə dalım bir ara... Gecələr sayrışarkən, ulduzlar lalə kimi, İşıqlar jalə kimi. Çilənib dağılarkən ətrafa damla-damla, Ən yaxın bir adamla. Nə gözəldir dinləmək suların nəğməsini, Təbiətin səsini! Nə gözəldir dolaşmaq, isti yay fəsilləri, Bu sərin sahilləri! Nə gözəldir səhərlər bizim böyük ruhumuz, Aşıb-daşan duyğumuz. Şəklindəki sulara, baxaraq ləzzət almaq, Bu mavi şerə dalmaq. Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək, Bəzən hürküb çəkinmək. Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi, Bizim bu həyat kimi! Yenə o bağ olaydı sevdalar ölkəsində, O söyüd kölgəsində. İnci qumlar üstündə yenə verib baş-başa, Yayı vuraydıq başa. Günlərimiz keçəydi qızğın fərəhlər kimi, Dolu qədəhlər kimi. Yarpaqlar arasından uzadaraq əlini, Oxşayaraq telini. Gecələr darayaydı saçlarını ay gözəl! Sən gözəlsən, ay gözəl? Əllərində əllərim, gözlərində gözlərim... Asılaydı sözlərim Könlünün qulağından bir qızıl tana kimi, Günəş doğana kimi. Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar, Can-ciyər olacaqlar. Bir az da uzaqlara açacaqlar yelkəni, Ruh yeni, həyat yeni... Çıxacaqlar göyləri aşaraq dönə-dönə, Buludların fövqünə. Uçacaqlar sabaha, uçacaqlar yarına, Efir boşluqlarına. Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən, Bu insan oğlu bilsən. Azadlıq ölkəsində daha şad olacaqdır, Dünya dad alacaqdır. Yenə o bağ olaydı, yenə yığışaraq siz, O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim. Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər-axşam. Arzuya bax, sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi? Nə gözəldir səhərlər bizim böyük ruhumuz, Aşıb-daşan duyğumuz. Şəklindəki sulara, baxaraq ləzzət almaq, Bu mavi şerə dalmaq. Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək, Bəzən hürküb çəkinmək. Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi, Bizim bu həyat kimi! Yenə o bağ olaydı sevdalar ölkəsində, O söyüd kölgəsində. İnci qumlar üstündə yenə verib baş-başa, Yayı vuraydıq başa. Günlərimiz keçəydi qızğın fərəhlər kimi, Dolu qədəhlər kimi. Yarpaqlar arasından uzadaraq əlini, Oxşayaraq telini. Gecələr darayaydı saçlarını ay gözəl! Sən gözəlsən, ay gözəl? Əllərində əllərim, gözlərində gözlərim... Asılaydı sözlərim Könlünün qulağından bir qızıl tana kimi, Günəş doğana kimi. Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar, Can-ciyər olacaqlar. Bir az da uzaqlara açacaqlar yelkəni, Ruh yeni, həyat yeni... Çıxacaqlar göyləri aşaraq dönə-dönə, Buludların fövqünə. Uçacaqlar sabaha, uçacaqlar yarına, Efir boşluqlarına. Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən, Bu insan oğlu bilsən. Azadlıq ölkəsində daha şad olacaqdır, Dünya dad alacaqdır. Yenə o bağ olaydı, yenə yığışaraq siz, O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim. Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər-axşam. Arzuya bax, sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi? Sənin gülüşlərin Qarşımda nazlanıb yеnə gülürsən, Bilsən gülüşlərin nəyə bənzəyir? Mən dеsəm artıqdır, özün bilirsən, Lalə yarpağında şеhə bənzəyir. Sənin gülüşlərin bir ruzgar кimi Əsərкən arzumun gülü açılır. Gülsə dodaqların ulduzlar кimi Ruhuma bir sərin işıq saçılır. Söylə, gözəllərin dodaqlarından, Bu oynaq gülüşlər umulmuşmudur? Sənin hər qəhqəhən ay кənarından Кеçən buludmudur, uçan quşmudur? Sənin gülüşlərin yaz səhərindən Hissimə, fiкrimə sanкi rəng alır. Gül кi, şеirlərim gülüşlərindən Qırılmaq bilməyən bir ahəng alır. Sən güldüyün zaman bu şad günümdə Açılır qarşımda, canlanır bahar. Bəzən başucumda, bəzən önümdə Şimşəкlərim çaхar, sularım aхar. Cahan кi solmayan bir bağça-bağdır, Burda rəvamıdır gülmədən ölmək! Yazıq o şəхsə кi, qaraqabaqdır, Nə qədər yaraşır insana gülməк! Geri qayıt |