Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Anar Abdulla həbs olunub
Anar Abdulla həbs olunub12-07-2025, 11:12. |
İctimai fəal Anar Abdulla iyulun 11-də inzibati qaydada 30 sutka həbs edilib. Civilazerbaijan.com bildirir ki, bu barədə vəkil Günay İsmayılova məlumat verib. Fəalın dünən günorta saatlarında avtobus dayanacağında polis tərəfindən saxlanıldığı bildirilir. Daha sonra o, məhkəmə qarşısına çıxarılıb. Vəkilin sözlərinə görə, Anar Abdulla “xırda xuliqanlıq və polisə müqavimət”də təqsirli bilinərək, Binəqədi rayon məhkəməsinin qərarı ilə inzibati qaydada 30 sutka müddətinə həbs edilib. Fəal məhkəmədə özünü təqsirli bilməyib. Anar Abdulla bundan əvvəl, 2025-ci ilin aprelində həm də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin( SMDTM) rəhbəri Anar Məmmədlinin cinayət işi üzrə aparılan istintaq araşdırmalarına cəlb olunub. Ona qarşı Cinayət Məcəlləsinin yeddi maddəsi (qaçaqmalçılıq, qanunsuz sahibkarlıq vergidən yayınma və.s) ilə ittiham irəli sürülüb. Həmin vaxt Bakı Şəhər Baş Polis İdarəsinin qərarı ilə fəal barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Hazırda iş üzrə məhkəmə baxışı davam edir. Geri qayıt |