Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Əhməd Məmmədlinin gözündə çürümə olduğu bildirilir

Əhməd Məmmədlinin gözündə çürümə olduğu bildirilir


Dünən, 14:20.
title}


Həbsdə olan jurnalist və ictimai fəal Əhməd Məmmədlinin bir gözündə çürümə getdiyi bildirilir.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.

Məlumatda deyilir ki, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi fəalın vəkili Elçin Sadıqovun tibbi təminatla bağlı müraciətinə cavab verib. Qeyd olunub ki, mayın 29-da Məmmədlinin saxlanıldığı təcridxanaya dəvət edilmiş oftalmoloq tərəfindən fəala "xorioretinal distrofiya" diaqnozu qoyularaq ambulator təyinat verilib.

Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsi xatırladır ki, fəal genetik astma xəstəsidir və saxlanılan zaman polisin etdiyi işgəncə zamanı əvvəllər əməliyyat edilmiş gözlərindən zərbələr alıb.

“İşgəncədən sonra onun bir gözü tamamilə bulanıq görür. Həmçinin, 3 sentyabr 2025-ci ildə Əhməd Məmmədli barəsində qondarma cinayət işi üzrə məhkəmə iclası təxirə salındı. Bununla da, Əhmədin həbsdə qalmaq müddəti daha da uzanır, bu vəziyyət isə Əhmədin sağlamlığı üçün təhlükəlidir. Həbsxana şəraiti Əhməd Məmmədlinin sağlamlıq vəziyyəti üçün uyğun deyil. Əhmədin ev dustaqlığına buraxılmasını tələb edirik”, - deyə komitə müraciət edib.

Əhməd Məmmədli mayın 6-da saxlanılıb və mayın 8-də barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham olunur.

Özü ittihamı rədd edir və keçmiş siyasi-ictimai və hazırki jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir, Toplum TV-nin məlumatında qeyd olunur.
Geri qayıt