Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Meydan TV işi üzrə həbs olunan jurnalistlərin həbs müddəti uzadılıb

Meydan TV işi üzrə həbs olunan jurnalistlərin həbs müddəti uzadılıb


16-09-2025, 21:03.
title}


Bu gün, sentyabrın 16-da Xətai Rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan jurnalistlərin həbs qətimkan tədbiri müddətinin artırılması ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.

Civilazerbaijan.com bildirir
ki, tək-tək icra olunan prosesdə jurnalistlər Fatimə Mövlamlı, Ülviyyə Əli, Şəmşad Ağanın həbs müddəti daha 3 ay artırılıb.

2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), fevralın 28-də jurnalist Fatimə Mövlamlı, mayın 7-də isə jurnalist Ülviyyə Əli (Quliyeva) də Meydan TV ilə əlaqəli cinayət işinə görə saxlanılıblar. Onların barəsində həbs qətimkan tədbiri seçilib.

Onlara qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

2025-ci il avqustun 28-də Meydan TV işi üzrə ittihamlar ağırlaşdırılıb və daha 7 maddə əlavə olunub. Bu iş üzrə Cinayət Məcəlləsinin 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə),320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə yeni ittihamlar irəli sürülüb, Meydan TV-nin məlumatında qeyd olunur.
Geri qayıt