Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Amnesty International azərbaycanlı tədqiqatçıların azadlığı üçün kampaniyaya başlayıb

Amnesty International azərbaycanlı tədqiqatçıların azadlığı üçün kampaniyaya başlayıb


Bu gün, 13:43.
title}


"Amnesty International" beynəlxalq insan hüquqları təşkilatı Azərbaycanda həbsdə olan elmi tədqiqatçılar Bəhruz Səmədov və İqbal Əbilovun azadlığa buraxılması üçün kampaniyaya başlayıb.

Civilazerbaijan.com
bildirir ki, kampaniya çərçivəsində təşkilat Azərbaycan prezidenti İlham Əliyevə məktublar yazılması üçün çağırış edib.

Kampaniyaya qoşulmaq istəyənlər üçün təşkilat məktub nümunəsi də hazırlayıb. Nümunədə Səmədov və Əbilovun qondarma ittihamlarla və siyasi motivlərlə həbs olunduğu bildirilir.

"İqbal Əbilov və Bəhruz Səmədovun saxta ittihamlarla uzunmüddətli həbs cəzalarına məhkum edilməsi, akademik dairələrdə tənqidin qarşısını almaq və siyasi cəhətdən həssas mövzuların müzakirəsini əngəlləmək kampaniyasının bir hissəsi kimi görünür", - deyə nümunədə qeyd olunub.

Ardınca məktub nümunəsində Əliyevdən Səmədov və Əbilovu "dərhal və qeyd-şərtsiz azad etməsi" tələb olunur.

"Onlar azadlığa buraxılana qədər adekvat tibbi yardımla təmin edilməli, müstəqil müşahidəçilər və dövlət tərəfindən təyin olunmuş müdafiəçi onlara həbsdə olduqları müddətdə baş çəkməlidirlər. Bundan əlavə, sizə müraciət edirik ki, dinc tənqidçilərə, jurnalistlərə və fəallara qarşı genişmiqyaslı təqibləri dayandırasınız və Azərbaycanın beynəlxalq insan haqları qanunları çərçivəsində öz öhdəliklərinə tam riayət etməsini təmin edəsiniz", - deyə əlavə olunub.

Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub. O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Sülh fəalı dövlətə xəyanətdə ittiham olunub. Cinayət işində iddia olunur ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.

Bəhruz Səmədov məhkəmələrinin birində vurğulayıb ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülh tərəfdarı olub. O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların ölməsinə qarşı olduğunu bildirib.

İqbal Əbilova mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində 18 il hökm oxunub.

Belarusda yaşayan İqbal Əbilov 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına gəldiyi zaman saxlanılıb. İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb.

Əbilovun Hüquqlarını Müdafiə Komitəsi bildirib ki, o, heç bir siyasi fəaliyyətdə iştirak etməyib və onun yeganə “cinayəti” elmi obyektivlik, vicdanlı araşdırma və mədəni irsi qorumaqdır, Toplum TV-nin məlumatında qeyd olunur.
Geri qayıt