Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Bakı Apellyasiya Məhkəməsindən Fikrət Cəfərli ilə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsindən Fikrət Cəfərli ilə bağlı QƏRAR


Bu gün, 14:28.
title}


İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərlinin barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Civilazerbaijan.com
bildirir ki, bu gün, sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanıb.

Bundan əvvəl, sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclasında hüquq müdafiəçisinin vəkili Fariz Namazlı vəsatət vermişdi ki, şikayətə baxılıb yekun qərar çıxarılanadək F.Cəfərli ev dustaqlığına buraxılsın.

Amma vəsatət təmin edilməmişdi. Müdafiə tərəfi ittihamı qəbul etmir.

F.Cəfərli Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü Elvin Əliyevin şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsiylə təqsirli bilinib. Sözügedən şikayət İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin Facebook səhifəsində yayılmış bir iddiadan qaynaqlanıb. E.Əliyev ona böhtan atıldığını iddia edib. Həmin şikayətdə hazırda həbsdə olan Elvin Allahverdiyev vaxtilə vəkili olmuş E.Əliyevdən narazılığını ifadə edib.

F.Cəfərliyə iyulun 29-da Binəqədi rayon Məhkəməsində hökm oxunub, ona 4 ay həbs cəzası kəsilib, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
Geri qayıt