Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Avtobus və metroda gediş haqqı bahalaşdı
Avtobus və metroda gediş haqqı bahalaşdı29-09-2025, 12:21. |
Oktyabrın 1-dən avtobus marşrutları və metroda sərnişindaşıma üzrə qiymətlər artırılacaq. Civilazerbaijan.com bildirir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında bildirilib. Qərar ictimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət ilə izah edilir: "Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik; Yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik", - qərarda yazılıb. Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə ictimai nəqliyyatda qiymətlər ötən il artırılıb. 2024-cü il iyulun 1-dən metro və avtobuslarda gediş haqı 40 qəpikdən 50 qəpiyə qaldırılmışdı. Son günlər Azərbaycan hökumətinə yaxın media orqanlarında ictimai nəqliyyatda qiymətlərin artırılacağı ilə bağlı məlumatlar yayılırdı. Rəsmi qurumlar belə məlumatlara münasibət bildirməsə də, ekspertlər bununla cəmiyyətin nəbzinin yoxlandığını düşünürdülər. Bakıda nəqliyyat vasitələrinin ödənişli hərəkət zonaları da yaradılacaq. Bu, prezident İlham Əliyevin bu il sentyabrın 19-da imzaladığı "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanında əksini tapıb. Fərmana görə, Nazirlər Kabineti Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini üç aya hazırlayıb prezidentə verməlidir. Geri qayıt |