Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Məhkəmədən Fazil Qasımov barəsində QƏRAR
Məhkəmədən Fazil Qasımov barəsində QƏRAR30-09-2025, 11:30. |
Sentyabrın 29-da Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə İstanbul Universitetinin doktorantı, iki ildir həbsdə olan Fazil Qasımovun apellyasiya şikayəti ilə bağlı qərar elan olunub. Civilazerbaijan.com bildirir ki, qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanıb. Bu ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Qasımov 9 il azadlıqdan məhrum edilmişdi. Ona Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlama, əldə etmə, satma) maddəsiylə ittiham verilib. O, ittihamı qəbul etmir. Bundan öncə Fazil Qasımov Bakı Apellyasiya Məhkəməsində işinə baxan hakimlər kollegiyasına etiraz etmişdi. O, etirazını belə əsaslandırmışdı ki, Aqil Musayevin sədrlik etdiyi hakimlər kollegiyası işin obyektiv araşdırılmasından ötrü qaldırılan vəsatətlərin heç birini təmin etmir. Qeyd edək ki, Fazil Qasımov 2023-cü il avqustun 8-də - Qubad İbadoğlunun həbsindən təxminən 10 gün sonra İstanbulda saxlanılaraq Bakıya gətirilib. Ona da eyni - Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlama, əldə etmə, satma) maddəsiylə ittiham verilib. Q.İbadoğlu saxlandığı gün təşkilatın ofisində axtarış aparılıb və 40 min dollar tapıldığı, bunun bir bölümünün saxta olduğu iddia edilib. Təqsirləndirilən professorsa bu pulları ofisə elə hüquq-mühafizə orqanları əməkdaşlarının atdığını söyləyib. Q.İbadoğlu ötən il aprelin 22-də ev dustaqlığına buraxılıb, daha sonra onun haqqında polis nəzarətinə vermə-qətimkan tədbiri seçilib. Avqustda isə onunla bağlı cinayət işi ümumi işdən ayrılıb. F.Qasımovun haqqındakı cinayət işi isə məhkəməyə göndərilib. AzadlıqRadiosunun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 9 il həbs cəzası kəsilib. Geri qayıt |