Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Qod Nisanov və Vahid Ələkbərov da Böyük Britaniyanın sanksiya siyahısına salınıb
Qod Nisanov və Vahid Ələkbərov da Böyük Britaniyanın sanksiya siyahısına salınıbDünən, 21:02. |
Oktyabrın 15-də Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. Civilazerbaijan.com bildirir ki, Britaniya hökumətinin saytında dərc olunmuş siyahıya "Rosneft" və "Lukoil" kimi ən iri neft şirkətləri də salınıb. “Kölgə donanması” ilə əlaqələndirilən 51 gəmi, Transstroybank, Primsoçbank, BBR Bank və Solid Bank daxil bir sıra banklar, Rusiyanın Milli Ödəniş Kartı Sistemi da sanksiyalara məruz qalacaq. Ümumilikdə 90 şəxs və təşkilat sanksiya siyahısına salınıb. Bunlar arasında Çin, Hindistan və Sinqapur şirkətləri də var. Qərarın əsaslandırılmasında deyilir ki, "Rosneft" və "Lukoil" Rusiya hökuməti üçün strateji əhəmiyyət daşıyan enerji sektorunda fəaliyyətə görə siyahıya salınıblar. “Rosneft” artıq Avropa İttifaqının (Aİ) sanksiya siyahısındadır. Böyük Britaniya G7 ölkələri arasında birinci ölkə olaraq “Lukoil”a sanksiya tətbiq edib. Aİ hazırda bu şirkətə qarşı sanksiya tətbiqini müzakirə edir. ABŞ isə hələlik, bu şirkətlərə sanksiya tətbiq etməyib. Siyahıda Lukoil-un prezidenti Vahid Ələkbərov, “Kiyevskaya Ploşad” şirkətinin direktorlar şurasının sədri Qod Nisanov və onunla əlaqəli olan Zarax İliyev, "Coral Energy Group" neft ticarəti şirkətinin direktorları Əhməd Kərimov, Anar Mədətli, Tələt Səfərov, Etibar Eyyub, Tahir Qarayevin, “Zəngəzur” neft tankerinin, “Mastel Makina” şirkətindən Şanlık Şükürovun adları var. Siyahıda diqqətçəkən daha bir ad azərbaycanlı Fikrət Tağıyevdir. O, hüquqşünas Sergey Maqnitski 2009-cu ilin 16 noyabrında “Matrosskaya tişina” həbsxanasında vəfat edəndə həmin müəssisənin rəhbəri olub. Britaniya hökuməti F.Tağıyevin Sergey Maqnitski ilə pis rəftara görə cavabdehlik daşıdığını bildirir. Onun həmçinin Maqnitskinin ölüm şəraiti ilə bağlı dəlilin gizlədilməsində əli olduğu vurğulanır. Sanksiyalara aktivlərin dondurulması, səyahət qadağası və digər məhdudiyyətlər daxildir, AzadlıqRadiosunun məlumatında qeyd olunur. Geri qayıt |