Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Azərbaycan Tayvan hakimlərini beynəlxalq toplantıya buraxmayıb
Azərbaycan Tayvan hakimlərini beynəlxalq toplantıya buraxmayıbDünən, 16:31. |
FOTO: Tayvan Konstitusiya Məhkəməsi Azərbaycan hakimiyyəti Tayvan Hakimlər Assosiasiyasının nümayəndələrinin Bakıda keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının (BHA) illik toplantısında iştirakına mane olub. Civilazerbaijan.com bildirir ki, bu barədə “Liberty Times” qəzeti oktyabrın 14-də məlumat yayıb. Məlumata görə, oktyabrın 11–17-də Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının Mərkəzi Şurasının toplantısı keçirilir. Nəşr yazır ki, tədbirdə iştirak etməyi planlaşdıran beş Tayvan hakimi Çinin təzyiqi səbəbindən Azərbaycana buraxılmayacaqlarını anlayaraq uçuşdan imtina ediblər. Yalnız nümayəndə heyətinin rəhbəri Bakıya yollanıb, lakin o da hava limanında ölkəyə buraxılmayaraq dərhal deportasiya edilib. “Liberty Times” yazır ki, onunla “cinayətkar” kimi rəftar olunub. Hadisədən sonra Tayvan Hakimlər Assosiasiyası bəyanat yayaraq bu davranışı qınayıb və sual edib: “Ədalətə, insan haqlarına və demokratiyaya necə sahib çıxmaq olar, əgər özümüzün beynəlxalq tədbirdə iştirak hüququmuzu belə qoruya bilmiriksə?” Tayvan tərəfinin bəyanatı Praqada yerləşən Çexiya Hakimlər Assosiasiyası tərəfindən iclasda məktub şəklində oxunub. Tayvan nümayəndələri BHA rəhbərliyini gələcəkdə bu kimi halların təkrarlanmaması üçün açıq və şəffaf iştirak qaydaları müəyyən etməyə çağırıblar. Təşkilat həmçinin Azərbaycanın ev sahibliyi edən qurumunu da tənqid edərək qeyd edib ki, əvvəlcədən verilən zəmanətlərə baxmayaraq, onlar hadisə zamanı kömək göstərməyiblər. Deyilənlərlə bağlı rəsmi Bakı hələki mövqe bildirməyib, Toplum Tv-nin məlumatında qeyd olunur. Geri qayıt |