Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Qalib Bayramova ittiham aktı elan edilib
Qalib Bayramova ittiham aktı elan edilibDünən, 21:11. |
Oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri,“QHT işi” üzrə ittiham olunan vətəndaş cəmiyyəti üzlərindən biri, iqtisadçı Qalib Bayramovun növbəti məhkəmə prosesi keçirilib. Civilazerbaijan.com bildirir ki, prosesə hakim Eldar İsmayılov sədrlik edib. Məhkəmədə dövlət ittihamçısı ittiham aktını elan edib. Ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə ), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Bayramov elan olunan ittihamlar üzrə özünü təqsirli hesab etməyib. Növbəti məhkəmə prosesi noyabrın 5-nə təyin olunub. Qalib Bayramov haqqında istintaq dövrü üçün seçilmiş polis nəzarətinə vermə qətimkan tədbirinin məhkəmə sürən müddətdə də qüvvədə saxlanmasına qərar verilib. Qeyd edək ki, "QHT işi" üzrə həbslər 2025-ci ilin martından başlayıb. Həmin vaxt Vətəndaş Hüquqları İnstitutunun rəhbəri B.Süleymanlı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) həbs olunub. Apreldə daha üç nəfər - ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə haqqında da eyni qərar verilib. İstintaq dövrü üçün vətəndaş cəmiyyətinin xeyli sayda fəalı haqqında həbsə alternativ qətimkan tədbiri seçilib. Bunların sırasında "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli və başqaları var. Qalib Bayramov və Nərgiz Muxtarova barəsində də polisin nəzarəti altına vermə tədbiri seçilib. Adları çəkilən şəxslərlə yanaşı, Sosial Hüquqlar Mərkəzinin hazırda ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında bu cinayət işi üzrə həbsli axtarış qərarı verilib. QHT-lərlə bağlı cinayət işi üzrə istintaqa 100-dən artıq şəxs cəlb olunub. Onların arasında qrant vermiş beynəlxalq donor təşkilatların Azərbaycandakı nümayəndəliklərinin əməkdaşları da var. Bundan əlavə, hökumətyönlü QHT rəhbərlərindən bir neçəsinin də istintaqa cəlb edilənlər sırasında olduğu bildirilir. Geri qayıt |