Əsas Səhifə > Azərbaycan > İstirahət mərkəzində baş verən uçqunla bağlı cinayət işi başlandı
İstirahət mərkəzində baş verən uçqunla bağlı cinayət işi başlandı12-04-2017, 18:14. |
Bakının Səbail rayonunda tikilməkdə olan istirahət mərkəzində baş vermiş uçqun hadisəsilə bağlı cinayət işi başlanıb. SİVİL.AZ xəbər verir ki, bu barədə Trend-ə Səbail rayon prokurorluğundan məlumat verilib. Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma - eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib. Geri qayıt |