Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > DTX-nın Balakən İcra Hakimiyyəti başçısını həbs etdiyi bildirilir
DTX-nın Balakən İcra Hakimiyyəti başçısını həbs etdiyi bildirilir30-10-2025, 21:54. |
|
Prezident İlham Əliyev İslam Rzayevi Balakən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. İslam Rzayev 14 il Balakənə rəhbərlik edib. Civilazerbaijan.com bildirir ki, sərəncamda İslam Rzayevin vəzifəsindən azad edilməsi səbəbi izah olunmayıb. Hökumətyönlü saytların yazdığına görə, bu gün, oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həmin rayonun icra hakimiyyətində əməliyyat keçirdiyi, başçı və daha bir neçə şəxsin saxlandığı bildirilir. Azərbaycanda icra başçılarının həbs dalğası, əsasən, 2019-cu ilin dekabrından başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarında DTX oxşar əməliyyatlar keçirmişdi. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında davam edib. Onlar mənimsəmə, vəzifə səlahiyyətini aşma və başqa ittihamlarla həbs ediliblər. Bəziləri tam, bəziləri də qismən ittihamları rədd edib. Geri qayıt |