Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Vüqar Məmmədov həbs olunub

Vüqar Məmmədov həbs olunub


Dünən, 22:26.
title}


Oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) “Hürriyyət” qəzeti, eyniadlı “Hurriyyet.az” saytı və “Hurriyyet TV”nin redaksiyalarında əməliyyat keçirib, baş redaktor Vüqar Məmmədovu saxlayıb.

Civilazerbaijan.com
bildirir ki, Vüqar Məmmədov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun bacısı oğludur.

Hökumətyönlü saytların yazdığına görə, redaksiyalarda keçirilən axtarış zamanı kompüter və bəzi sənədlər götürülüb.

Ehtimal olunur ki, əməliyyat hazırda ev dustaqlığında olan Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlıdır.

Ramiz Mehdiyev barəsində Səbail Rayon Məhkəməsi tərəfindən oktyabrın 14-dən 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda) maddələri ilə ittiham edilir.
Geri qayıt