Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Qənimət Zahid Baş Prokurorluğa çağrılıb
Qənimət Zahid Baş Prokurorluğa çağrılıbDünən, 19:19. |
|
Çapı dayanan "Azadlıq" qəzetinin hazırda mühacirətdə olan baş redaktoru Qənimət Zahid Baş Prokurorluğa çağrılıb. Civilazerbaijan.com bildirir ki, bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb. Bildirilib ki, o, barəsində açılmış cinayət işi üzrə bitmiş ibtidai istintaqla bağlı ittiham aktı ilə tanış olması üçün noyabrın 24-də Baş Prokurorluğun İstintaq Baş İdarəsinə çağrılır. Q.Zahid Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilir. Onun barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə 4 aylıq qiyabi həbs-qətimkan tədbiri seçilib. Q.Zahid 2007-ci ildə Azərbaycanda həbs olunmuşdu. O, xuliqanlıq ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2010-cu ildə əfv sərəncamı ilə azadlığa buraxılıb. Hazırda o, mühacirətdədir. Q.Zahid ona olan ittihamları qəbul etməyib, AzadlıqRadiosunun məlumatında qeyd olunur. Geri qayıt |