Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Bir aydan çoxdur USM həkimi gözləyirəm - RUSLAN İZZƏTLİ
Bir aydan çoxdur USM həkimi gözləyirəm - RUSLAN İZZƏTLİ28-11-2025, 18:48. |
|
III Respublika Platformasının qurucu üzvü, "ToplumTV işi" üzrə həbsdə olan Ruslan İzzətli saxlanıldığı Bakı İstintaq Təcridxanasında ultrasəs müayinəsi (USM) ilə təmin olunmamasından şikayətçidir. Civilazerbaijan.com bildirir ki, ciyasətçinin noyabrın 27-də yayılan açıqlamasında qeyd olunur ki, o, bir aydan artıqdır USM üçün həkim qəbuluna yazılmağı gözləyir, lakin hələlik hər hansı müsbət nəticə əldə olunmayıb: "Artıq ağrılardan gecə ağrıkəsici vurmaq məcburiyyətində qalıram. Ən böyük narahatlığım ödümdə hər hansısa bir dəyişikliyin olub-olmamasıdır. Öd funksiyasını itirib, cərrahi əməliyyatla götürülməlidir. Həbsxana şəraitinə görə cərrahi əməliyyata girmirəm". R.İzzətli əlavə edib ki, amma səhhətini davamlı nəzarətdə saxlayır, qidalanmasına diqqət edir. "Son həftələr ağrıların intensivləşməsi USM-dən keçməyimi tələb edir. Penitensiar Xidmətin USM həkimi, görünür, yoxdur...", - siyasətçi vurğulayıb. "Ümid edirəm ki, 2026-cı il dövlət büdcəsində həbsxanalarda olan minlərlə vətəndaşı düşünüb Ədliyyə Tibb Xidmətinə peşəkar həkimlərin cəlbi üçün büdcə ayrılacaq", - o, sonda da əlavə edib. R.İzzətli İkinci Qarabağ müharibəsinin də iştirakçılarındandır. Hələlik onun bu müraciətinə Penitensiar Xidmət və başqa aidiyyəti rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb, AzadlıqRadiosunun məlumatında qeyd olunur. Geri qayıt |