Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb

Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb


30-11-2025, 16:22.
title}


Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Türkiyədə polis tərəfindən saxlanılıb.

Civilazerbaijan.com
bildirir ki, o bu barədə "Toplum TV"-yə xəbər verib.

Siyasətçinin sözlərinə görə, onun İstanbulda kirayə qaldığı evə polislər gəlib və hazırda onu polis idarəsinə aparırlar. Hacıbəyli Azərbaycana deportasiya olunacağını güman etdiyini bildirib.

"Bundan absurd ittiham ola bilməz. Ramiz Mehdiyev mənim bütün həyatımı məhv eləmiş adamdır. Vətənpərvər insanam, bir türk milliyətçisiyəm. Məni gəlib Rusiyaya bağlamaq, bundan absurd, bundan iyrənc yalan və böhtan ola bilməz. Təəssüf edirəm ki, Azərbaycan hakimiyyəti buna qədər getdi. Yəqin ki, Azərbaycanın “Feto”su məsələsidi. Yəqin ki, Azərbaycanda müxalifəti sıradan çıxarmaq üçün həyata keçirilən təqibdir. Mənim sabah səhər üçün təhsil planlarım var idi. Mən "IELTS" imtahanına girməli idim. Nə qədər dedim ki, sabah saat 9-da imtahana girim, ondan sonra "karakol"a gələrəm. Mənə o şansı vermədilər. Aydındır ki, deportasiya üçün tələsirlər", - G.Hacıbəyli vurğulayıb.

Noyabrın 29-da, həmçinin, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb və evində 6 saatdan çox axtarış aparılıb.

AXCP sədrinin müavini Seymur Həzi "Meydan TV"-yə deyib ki, Ə.Kərimli Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirməyə cəhd) maddəsi ilə ittiham olunur.

Bildirilir ki, istintaq hərəkətləri sabah davam etdiriləcək.

Eyni gündə AXCP Ali Məclisinin katibi Məmməd İbrahim, sədrin köməkçisi Faiq Əmirli, AXCP üzvü Ruslan Əmirov və keçmiş üzv Saleh Rüstəmli də saxlanılıb. AXCP mətbuat katibi Natiq Ədilov F.Əmirli və R.Əmirovun artıq sərbəst buraxıldığını xəbər verib.
Geri qayıt