Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > DTX tərəfindən saxlanılan Təzəxan Mirələmli sərbəst buraxılıb

DTX tərəfindən saxlanılan Təzəxan Mirələmli sərbəst buraxılıb


6-12-2025, 16:45.
title}


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Təzəxan Mirələmli sərbəst buraxılıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Meydan TV-yə partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilov məlumat verib.

Təzəxan Mirələmli AXCP sədri Əli Kərimlinin cinayət işi üzrə şahid qismində dindirilib.

Mirələmli dekabrın 5-də Əli Kərimlinin məhkəməsinə gedərkən Dövlət Təhlükəsizlik Əməkdaşları tərəfindən saxlanılıb. Onun evində axtarış aparılıb, telefonu və kompüteri müsadirə edilib.

Əli Kərimli noyabrın 29-da saxlanılıb.

Onun barəsində dekabrın 1-də Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunub. Həmin gün Səbail rayon məhkəməsində onun barəsində 2 ay 15 gün müddətinə həbs qəti imkan tədbiri seçilib.

Hökümətyönlü media onun Ramiz Mehdiyev işinə görə saxlanıldığını yazır.
Geri qayıt