Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Nazirlik dərsliklərin hazırlanması üçün Mehdiyevlərin şirkətinə 1,2 milyonluq müqavilə verdi
Nazirlik dərsliklərin hazırlanması üçün Mehdiyevlərin şirkətinə 1,2 milyonluq müqavilə verdi9-12-2025, 18:44. |
|
Dövlət satınalmalarının vahid internet portalındakı məlumata əsasən, Elm və Təhsil Nazirliyi tender müsabiqəsi keçirmədən “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə imzalayıb. Civilazerbaijan.com bildirir ki, şirkət ilə müqavilə 1 milyon 213 min manat dəyərindədir. Müqavilənin şərtlərinə görə, şirkət nazirliyin sifarişi əsasında dərslik və metodik vəsaitlərin hazırlanması və təkmilləşdirilməsi işlərini həyata keçirəcək. Nazirlik artıq neçə Ildir ki, bu şirkətlə milyonluq müqavilələr əsasında eyni sifarişləri həyata keçirir. Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestr məlumatlarına görə, “Şərq-Qərb” ASC-nin səhmlərinin 96,5%-i Mehdiyev Teymur Ramiz oğluna aiddir. Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin yeganə oğlu general-mayor Teymur Mehdiyev bir həftə öncə İlham Əliyevin sərəncamı ilə fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib, Meydan TV-nin məlumatında qeyd olunur. Geri qayıt |