Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > AXCP İmişli şöbəsinin fəalı saxlanılıb, evində axtarış aparılıb

AXCP İmişli şöbəsinin fəalı saxlanılıb, evində axtarış aparılıb


12-12-2025, 18:29.
title}


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İmişli rayon şöbəsinin fəalı Vüqar Qədirlinin saxlanıldığı bildirilir.

Civilazerbaijan.com
bildirir ki, bu barədə "Azadlıq Qəzeti” məlumat yayıb.

Xəbərdə bildirilir ki, V.Qədirli dekabrın 12-i səhər saatlarında saxlanılıb və İmişli rayonunda işlədiyi kafedə və sonra evində polis və mülki geyimlilər tərəfindən axtarış aparılıb. Onun hazırda harada və hansı ittihamlarla saxlandığı məlum deyil.

Hazırda AXCP-nin sədri Əli Kərimli də daxil olmaqla 18 üzvü həbsdədir. Dekabrın 1-də Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Eyni gündə AXCP Ali Məclisinin katibi Məmməd İbrahim barəsində də 2 ay yarım həbs qətimkan tədbiri seçilib.

Ə.Kərimli və həbsdə olan digər AXCP üzvləri ittihamları qəbul etmirlər, siyasi fəaliyyətlərinə görə hakimiyyət tərəfindən cəzalandırıldıqlarını deyirlər.
Geri qayıt