Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Ali Məhkəmədə Tofiq Yaqublu ilə bağlı proses yenə təxirə salınıb
Ali Məhkəmədə Tofiq Yaqublu ilə bağlı proses yenə təxirə salınıbDünən, 15:14. |
|
Bu gün, dekabrın 19-da Ali Məhkəmədə Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işinə baxılıb. Civilazerbaijan.com bildirir ki, prosesə İlqar Qılıcov sədrlik edib. Tofiq Yaqublunun qızı Nigar Həzi Meydan TV-yə deyib ki, hakim proses zamanı Tofiq Yaqubluya bildirib ki, adətən Ali Məhkəmədə proses qısa müddət davam edir, amma ona çıxış etmək üçün vaxt veriləcək. Tofiq Yaqublu məhkəmədə bildirib ki, işinə xitam verilməsini və bəraət almasını istəyir. “1993-cü ildən mənim həyatım həbsdə keçib. Adamı nə qədər həbs etmək olar?”, – Tofiq Yaqublu məhkəmədə deyib. Hakim bildirib ki, Tofiq Yaqublu hüquq pozuntuları ilə bağlı istintaq materialında olmayan yeni detallar barədə danışdığı üçün onlar araşdırılmalıdır və işə əlavə olunmalıdır. Məhkəmə bu səbəbdən müşavirəyə gedib və proses bilinməyən tarixə qədər təxirə salınıb. Nigar Həzi həmçinin qeyd edib ki, özünü təqdim etməyən dövlət ittihamçısı məhkəmədən vəsatətin təmin edilməməsini tələb edib. Bundan əvvəl Tofiq Yaqublunun noyabrın 6-da Ali Məhkəmədə təyin olunan iclası təxirə salınıb. Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub.O, 2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib. Yaqublu bu ittihamlara etiraz olaraq 2025-ci il aprelin 1-dən mayın 10-dək – 40 gün aclıq aksiyası keçirib. Geri qayıt |