Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Almaniya Azərbaycandan rüşvət aldığına görə sabiq deputatı həbs edib

Almaniya Azərbaycandan rüşvət aldığına görə sabiq deputatı həbs edib


Bu gün, 18:10.
title}


Münxen Ali Əyalət Məhkəməsi keçmiş deputat Aksel Fişer barəsində həbs qərarı çıxarıb. Məhkəmənin sədri hakim Yoxen Böslün bildirdiyinə görə, Aksel Fişer Bad Zekkingendə bir klinikada saxlanılıb və Münxendəki məhkəməyə gətirilməli idi: “Biz bu eskalasiyadan məmnuniyyətlə qaçardıq. Amma bizim baxışımıza görə, buna özü səbəb olub”.

Civilazerbaijan.com
bildirir ki, Fişerin vəkilləri həbs qərarına qarşı şikayət veriblər.

Almaniyanın Die Velt nəşri yazır ki, təqsirləndirilən şəxs dəfələrlə məhkəməyə gəlməyib və son olaraq Bad Zekkingendəki klinikaya yerləşib. Lakin məhkəmə tərəfindən təyin edilmiş ekspertlər həftəsonu onun məhkəmə prosesində iştirak edə biləcəyini müəyyən ediblər. Buna baxmayaraq, Fişer yenə məhkəməyə gəlmədiyi üçün həbs qərarı çıxarılıb və o, həkim nəzarəti altında təxminən 350 kilometr məsafəni qət edərək Münxenə aparılıb.

Karlsruhe-Land seçki dairəsindən olan Fişer Ali Əyalət Məhkəməsində rüşvət almaqda ittiham olunur. O, məhkəmədə “Mən günahsızam” deyə ifadə verib. Onun sözlərinə görə, Azərbaycan mövqeli səsvermə və ya digər davranışlar müqabilində heç bir maliyyə və ya başqa formada ödəniş almayıb. O, həmişə sərbəst səs verdiyini və heç vaxt səsini “satmadığını” bildirib.

Bildirilir ki, Azərbaycan illər boyu Avropa Şurası Parlament Assambleyasında (AŞPA) qərarlara öz xeyrinə təsir göstərmək üçün pul ödənişlərindən istifadə edib.

2010–2018-ci illərdə AŞPA-da fəaliyyət göstərmiş Fişerin Azərbaycanın maraqları naminə müsbət çıxışlar etdiyi və məxfi sənədləri vaxtından əvvəl ötürdüyü iddia olunur. Baş Prokurorluğun məlumatına görə, bunun qarşılığında o, illər ərzində nağd şəkildə on minlərlə avro alıb.

İttihamın mühüm maddələrindən biri üzrə yanvar ayının ortalarında cinayət məsuliyyətinin müddəti başa çata bilər. Proses uzanarsa, Fişer həmin ittiham üzrə artıq məhkum edilə bilməz, Meydan TV-nin məlumatında qeyd olunur.
Geri qayıt