Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Xaricdə yaşayan daha bir blogerə hökm oxunub

Xaricdə yaşayan daha bir blogerə hökm oxunub


26-01-2026, 16:06.
title}


Yanvarın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində xaricdə yaşayan bloger, Azərbaycan hökumətinin tənqidçisi Murad Quliyevin ittiham olunduğu cinayət işi üzrə son məhkəmə prosesi keçirilib.

Civilazerbaijan.com
bildirir ki, yerli medianın xəbərinə görə, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub.

Hökmə əsasən, M.Quliyev qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar; eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinib.

Cinayət işində iddia olunur ki, bloger müxtəlif illərdə sosial media hesablarında Azərbaycanda "qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar" yayıb.

Azərbaycan hakimiyyəti 2025-ci ildə xaricdə yaşayan 24 tənqidçisinə qarşı cinayət işləri açıb. Onların bəziləri barədə yerli məhkəmələr artıq qiyabi hökmlər çıxarıb.

Avropa Parlamenti ötən il dekabrın 18-də Azərbaycana qarşı sanksiyalara çağıran qətnaməsində hakimiyyətin siyasi motivlərlə tənqidçilərinə qarşı cinayət işləri açdığını qeyd edib.


Geri qayıt