Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Məhkəmə Şəmşad Ağaya anasının dəfnində iştiraka icazə verib
Məhkəmə Şəmşad Ağaya anasının dəfnində iştiraka icazə verib29-01-2026, 10:45. |
|
Bakı Ağır Cinayətlər Məhkəməsi "Meydan TV işi" üzrə həbsdə olan jurnalist Şəmşad Ağanın anasının dəfnində iştirakına icazə verib. Civilazerbaijan.com bildirir ki, bu barədə vəkil Cavad Cavadov sosial media hesabında məlumat verib. Hakim Aytən Əliyevanın sədrlik etdiyi məhkəmə heyətinin qərarında jurnalistə Lerik rayonunun Şivlə kəndində keçiriləcək dəfn və yas mərasimində iştirak üçün yanvarın 29-dan etibarən 3 günlük icazənin verildiyi qeyd olunub. Şəmşad Ağanın anası Zərifə Ağayeva yanvarın 28-də vəfat edib. 77 yaşlı Z.Ağayevanın parkinson xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi. Ötən il oktyabrın 12-də Ş.Ağanın 18 yaşlı qardaşı qızı Səma Ağayeva da xərçəng xəstəliyindən vəfat etmişdi. Həmin vaxt jurnalistin yas yerinə buraxılması ilə bağlı verilmiş vəsatəti Xətai Rayon Məhkəməsi təmin etməmişdi. Şəmşad Ağa 2025-ci il fevralın 5-də "Meydan TV işi" üzrə həbs olunub. "Meydan TV işi" üzrə 12 nəfər ittiham olunur. 2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar. Sonradan “Arqument. az” saytının baş redaktoru, "Meydan TV" ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib. Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar. Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir. Onlar jurnalist fəaliyyətinə görə hökumətin siyasi sifarişi ilə həbs olunduqlarını deyirlər. Geri qayıt |