Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Sərhədsiz Reportyorlar Azərbaycanda həbsdə olan jurnalistlərə dəstək aksiyalarına başlayıb

Sərhədsiz Reportyorlar Azərbaycanda həbsdə olan jurnalistlərə dəstək aksiyalarına başlayıb


29-01-2026, 15:29.
title}


“Sərhədsiz Reportyorlar” (RSF) beynəlxalq həmrəylik aksiyası adı altında Azərbaycanda media nümayəndələrinin vəziyyətinə diqqət çəkmək üçün Berlin, Paris və Bern şəhərlərinin mərkəzində jurnalistlərin həbs şəraitini canlandırıb.

Civilazerbaijan.com
bildirir ki, “Sərhədsiz Reportyorlar” (RSF) bununla bağlı bəyanat yayıb. Təşkilatın bəyanatında yazılır:

"Artıq 800 gündür ki, azərbaycanlı jurnalist Sevinc Vaqifqızı həbsdədir. Bu müddət ərzində o, həbsxana əməkdaşları tərəfindən itələnib, şəxsi əşyalarından məhrum edilib, kifayət qədər su və qida ilə təmin olunmayıb. AbzasMedia-nın baş redaktoru olan Vaqifqızı 675 gündən sonra daha da təcrid etmək məqsədilə uzaq və əlçatmaz bir həbsxanaya köçürülüb. O və daha 24 müstəqil azərbaycanlı jurnalist tənqidi fəaliyyətlərinə görə həbsdə saxlanılır".

“Sərhədsiz Reportyorlar” təşkilatının Şərqi Avropa üzrə məsləhətçisi Alena Ştruj bildirib:

“Sistemə tənqidi yanaşdıqları üçün Azərbaycan həbsxanalarının insan ləyaqətinə zidd şəraitində müstəqil jurnalistlər işgəncə, həşərat, çirk və psixoloji hədələrə dözmək məcburiyyətində qalırlar. Həbs şəraitini canlandıran bu aksiya ilə biz Azərbaycanda mətbuatın sistemli şəkildə sıxışdırılmasını görünən edirik və xatırladırıq ki, bu media nümayəndələri dəmir barmaqlıqlar arxasında belə informasiya və söz azadlığını müdafiə edirlər. Biz bütün dünyada demokratik hökumətləri Azərbaycan hakimiyyətinə və Prezident Əliyevə təzyiqləri artırmağa çağırırıq”.



Təşkilat yazır ki, Rusiyanın Ukraynaya qarşı apardığı hücum müharibəsindən sonra avtoritar üsulla idarə olunan neft dövləti Azərbaycan Almaniya və Avropa İttifaqı üçün mühüm strateji enerji tərəfdaşına çevrilib. Fosil enerji tədarükünün 2027-ci ilə qədər əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır və 2026-cı ilin yanvarından etibarən Azərbaycan Almaniyaya təbii qaz ixrac edir. İllər ərzində Azərbaycan hakimiyyəti bir sıra Aİ üzv ölkələrində, o cümlədən Almaniya Bundestaqının CDU fraksiyasından olan deputatlar arasında ciddi lobbiçilik uğurları əldə edib (bu, “kürü diplomatiyası” adı ilə tanınan qalmaqalla gündəmə gəlmişdi). Eyni zamanda isə tənqidi səslər sistemli şəkildə təqib olunur, həbs edilir və təcrid olunur.

“Sərhədsiz Reportyorlar” qeyd edir ki, korrupsiya Azərbaycanda dərin kök salıb və bu, həbsxana şəraitində də öz əksini tapır. Belə ki, ağır xəstə olan jurnalist Ələsgər Məmmədliyə tibbi yardım göstərilmir, jurnalist Nərgiz Absalamova isə bildirir ki, həkimlər dərman və tibbi xidmət üçün bəzən normal qiymətdən üç dəfə artıq pul tələb edirlər.



Jurnalistlərin xarici aləmlə əlaqəsi xüsusilə ciddi şəkildə məhdudlaşdırılır və onlardan həbsxanadakı vəziyyət barədə yazmağı dayandırmaq tələb olunur. Əksəriyyəti bunu xüsusilə ağır bir yük kimi qəbul edir.

Təhdidlərə və cəzalara baxmayaraq, jurnalistlər susmur və həbsxanadan həbs şəraiti barədə məlumat verməyə davam edirlər. Reportyor Nərgiz Absalamova bir məktubunda yazır:

“Bakı İstintaq Təcridxanasında qadınlarda tez-tez bit olur. Kameralar çox dardır və su qıtlığı hökm sürür. İsti su həftədə cəmi iki dəfə, iki-üç saatlıq verilir. Soyuq su isə səhər bir saat, axşam da bir saat olur”, Meydan TV-nin məlumatında qeyd olunur.
Geri qayıt