Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Orxan Baxışlı 30 sutka həbs edilib

Orxan Baxışlı 30 sutka həbs edilib


Bu gün, 17:44.
title}


AXCP Gənclər Komitəsinin fəalı Orxan Baxışlı bu gün, fevralın 3-də Xətai rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.

Civilazerbaijan.com
bildirir ki, ona İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə ittiham verilib.

AXCP və ailəsi dünən səhərdən etibarən ondan xəbər ala bilmirdi.

Qeyd edək ki, Orxan Baxışlı bir neçə dəfə həbs olunub. O, 2018-ci il mayın 6-da saxlanılaraq CM-nin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, saxlama və ya daşıma) maddəsilə ittiham olunub. Orxan Baxışlı ittihamın saxta olduğunu, Elmlər Akademiyasının bağında getdiyi yerdə polislər tərəfindən saxlanılaraq idarəyə gətirildiyini və cibinə narkotik atıldığını bildirib.

2018-ci ilin 18 sentyabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Baxışlı 6 il azadlıqdan məhrum edilib. 2019-cu il iyunun 4-də Ali Məhkəmə O.Baxışlının cəzasını 3 ilə endirilməsi haqda qərar qəbul edib. O, 2021-ci ilin martında azadlığa buraxılmışdı.

Fəal 2023-cü ilin oktyabrında isə 20 sutka həbs olunub. Baxışlı İnzibati Xətalər Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilinib. O, həbsindən bir gün əvvəl İlham Əliyevin 20 illik prezidentliyini tənqid edən status yazmışdı.
Geri qayıt