Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Casusluqda ittiham olunan fransalı iş adamına hökm oxunub

Casusluqda ittiham olunan fransalı iş adamına hökm oxunub


16-03-2026, 18:38.
title}


Martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Fransaya casusluqda ittiham olunan şəxslərin işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Civilazerbaijan.com
bildirir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən, "Merkorama" MMC-nin baş direktoru olmuş, Fransa vətəndaşı Martin Ryan 10 il, Azərbaycan vətəndaşı Azad Məmmədli isə 12 il azadlıqdan məhrum olunub.

Martin Ryan Cinayət Məcəlləsinin 276-cı (casusluq), Azad Məmmədli isə 274-cü maddəsi (dövlətə xəyanət) üzrə təqsirli bilinib.

Həmçinin, məhkəmə Ryanın cəzasını çəkib başa vurduqdan sonra Azərbaycandan deportasiya edilməsinə qərar verib.

Ryan və A.Məmmədli 2023-cü il dekabrın 4-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunublar. Cinayət işində iddia olunur ki, Ryan sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransa Xarici Təhlükəsizlik Baş İdarəsi əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb olunub.

İddiaya görə, Ryan Azərbaycanda silah-sursat istehsalı və ixracatı, başqa ölkələrə pul göndərilməsi imkanları və digər məsələlərlə bağlı Fransa xüsusi xidmət orqanlarına məlumatlar verib. Onun A.Məmmədlini Fransa kəşfiyyatçıları ilə əməkdaşlıq məqsədilə tanış etdiyi bildirilir.

Yerli medianın yazdığına görə, Ryan əvvəlki proseslərdən birində Fransaya işlədiyini etiraf edib və lazımi səviyyədə müdafiə olunmadığına görə Fransa hökumətini günahlandırıb.

A.Məmmədli isə proseslərdən birində Ryan və fransız kəşfiyyatçıları ilə tanışlığını danmasa da, “tələyə salındığını” deyib və onlara hər hansı məlumat ötürdüyünü inkar edib.
Geri qayıt