Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet > Azərbaycanda karantin rejimi yenə də uzadıldı

Azərbaycanda karantin rejimi yenə də uzadıldı


16-03-2026, 18:46.
title}


Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 iyul saat 06:00-dək uzadılıb.

Civilazerbaijan.com
bildirir ki, qərarın koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə verildiyi qeyd olunur.

Bundan əvvəl bu müddət 2026-cı il 1 aprel saat 06:00-dək olan dövrü əhatə edib.

Azərbaycan ilk dəfə 2020-ci ilin martında, dünyada koronavirus (COVID-19) infeksiyasının geniş yayıldığı dövrdə xüsusi karantin rejimi elan edib və qonşu ölkələrlə sərhədlərini bağlayıb. O vaxtdan bəri karantin rejimi hər üç aydan bir uzadılır.

Dünya Səhiyyə Təşkilatı isə hələ 2023-cü ilin mayında COVID-19 infeksiyasının artıq pandemiya xarakteri daşımadığını elan edib.

İlham Əliyev də daxil olmaqla dövlət rəsmiləri və deputatlar quru sərhədlərin bağlı qalmasının COVID-19-la əlaqəli olmadığını etiraf edirlər.

Əliyev 2024-cü ilin sentyabrında Milli Məclisdə çıxışında bildirib ki, sərhədlərin bağlı olması Azərbaycanı “çox böyük fəlakətlərdən xilas edib”.
Geri qayıt