Əsas Səhifə > Azərbaycan > Azərbaycan idmançısının qanında dopinq tapılıb

Azərbaycan idmançısının qanında dopinq tapılıb


14-04-2017, 15:39.
title}
Azərbaycan idmançısının qanında dopinq tapılıb


Azərbaycanın daha bir idmançısı dopinqdə “ilişib”.

Apasport.az-ın Hollandiyanın wielerflits.nl saytına istinadən məlumatına görə, yığmamızın və “Synergy Baku”nun milliləşdirilmiş legioneri Maksim Averinin orqanizmində istifadəsi qadağan olunan maddə tapılıb.

Belə ki, ötən ay ondan götürülən analiz müsbət nəticələnib və velosipedçinin meldoni preparatından faydalandığı üzə çıxıb.

Bu səbəbdən də onun beynəlxalq yarışlardakı iştirakına qadağa qoyulub. B probunun nəticəsindən asılı olaraq, Averinlə bağlı yekun qərar veriləcək.

Qeyd edək ki, Avropa Oyunlarında start xəttinə çıxmayan Averin Rio-2016-da finişə çatmamışdı. Komandamızın 32 yaşlı lideri Fransadakı Avropa və Qətərdəki dünya çempionatında da yarışı yarımçıq tərk etmişdi.
Geri qayıt